Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:09

Rohani ABŞ-ı ‘sarsıdıcı cavabla’ hədələyir


Prezident Hassan Rohani
Prezident Hassan Rohani

İran prezidenti Hassan Rohani xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Tehran üzərinə silah embarqosu qoyan BMT Təhlükəsizlik Şurası qətnaməsinin vaxtının uzadlılması üçün səylərini dayandırmasa Vaşinqton “sarsıdıcı cavab” alacaq.

2015-ci ildə İran və dünyanın altı gücü arasında imzalanmış taixi nüvə sazişi nüvə fəaliyyətlərini məhdudlaşdırması müqabilində Tehranın üstündəki beynəlxalq sanksiyaları qaldırmalıydı.

Lakin prezident Donald Trump 2018-ci ilin mayında ABŞ-ı həmin nüvə sazişindən birtərəfli qaydada çıxarıb və indi məlum olur ki, bu hərəkəti VaşinqtonuTehran üzərindəki BMT embarqosunun saxlanması üçün hüquqi alətdən məhrum edib.

BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah embarqosu bu ilin oktyabrında başa çatır.

Vaşinqton bəyan edir ki, embarqonun uzadılması üçün ixtiyarındakı bütün vasitələrdən istifadə edəcək.

“Axmaq səhv”

Dövlət katibi Mike Pompeo aprelin 29-da demişdi ki, ABŞ BMT qətnaməsinin uzadılacağına ümid edir.

Lakin İrana adi silahların əsas satıcısı olmağa hazırlaşan Rusiya və Çin Təhlükəsizlik Şurasının daimi üzvlərdirlər və onların embarqonun uzadılacağına imkan verəcəkləri gözlənilmir.

İran prezidenti Hassan Rohani mayın 6-da televiziya ilə yayımlanan çıxışında Vaşinqtonun nüvə sazişindən çıxmasını bir daha tənqid edib və bu hərəkəti “axmaq səhv” adlandırıb:

"Əgər Amerika sazişə qayıtmaq istəyirsə, Tehran üzərindəki bütün sanksiyaları qaldırmalı və sanksiyaların bərpa olunmasına görə kompensasiya ödəməli olacaq. Əgər silah embarqosu uzadılarsa, Tehran buna sarsıdıcı cavab verəcək”.

ABŞ nüvə sazişini tərk etdikdən sonra İran da bu razılaşma üzrə bir sıra öhdəliklərinin icrasından geri çəkilib.

Vaşinqton əmin olduğunu bildirir ki, İranın nüvə proqramı onun dediyi kimi dinc səciyyə daşımır və əslində nüvə silahının yaradılmasına xidmət edir.

XS
SM
MD
LG