Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:19

İran öz gəmisini vurub, 19 dənizçi ölüb


Camaran freqatı, arxiv fotosu
Camaran freqatı, arxiv fotosu

İran donanması təlim zamanı öz raketlərindən birinin yardımçı gəmiyə düşdüyünü, 19 dənizçinin öldüyünü, 15 nəfərin yaralandığını bildirir.

Daha öncə dövlət mediası azı bir dənizçinin öldürüldüyünü xəbər vermişdi.

Yarırəsmi ISNA xəbər agentliyi Konarak gəmisinin regionda bir bəndə aparıldığını bildirir.

Hadisə zamanı gəmidə neçə heyət üzvünün olduğu bəlli deyil.

Bəzi məlumatlara görə, Konarak Camaran freqatından atılmış raketlə vurulub.

Ordu isə “hərtərəfli” istintaq aparılmadan, “spekulyasiya”ya yol verməməyə çağırıb.

Yanvarda Ukraynanın sərnişin təyyarəsinin İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən “təsadüfən” vurulduğu deyilmişdi. Bu insident İİKK-nın əsas komandirlərindən olan Qassem Soleimani Bağdadda ABŞ dronuyla vurulandan sonra baş vermişdi. Həmin qətldən sonra İran tərəf İraqda ABŞ əsgərləri olan bazaya raket atmışdı.

“Bu, İranla vəziyyətin hələ də təhlükəli olduğunu göstərir, belə ki qəzalar və yanlış hesablamalar ola bilər. Bu, Fars Körfəzində sabitliklə bağlı inam yaratmır”, – Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun İran ordusu üzrə eksperti Fabian Hinz “The New York Times” qəzetinə deyib.

***

ranın hərbi gəmisi Oman körfəzində keçirilən təlim zamanı təsadüfən raketlə vurulub, bir dənizçi həlak olub, 15 nəfər yaralanıb. Bu haqda məlumatı dövlət televiziyası mayın 11-də yayıb.

Məlumata görə, “dost atəşi” mayın 10-da Tehrandan 1270 km cənub-şərqə yerləşən Cask limanı yaxınlığında qeydə alınıb.

Təlimlər İranla Birləşmiş Ştatların münasibətlərinin gərgin olduğu bir dönəmə təsadüf edir.

Dövlət televiziyası raket zərbəsini qəza adlandırıb, Konarak yardımçı gəmisinin hədəfə çox yaxın olduğunu bildirib. Konarak digər gəmilərin vurması üçün hədəflərə suya atırmış.

12 dənizçi yerli xəstəxanaya aparılıb, üçü isə yüngül xəsarətlərdən müalicə alıb, rəsmi IRNA xəbər agentliyi bildirir.

Regionun monitorinqini aparan ABŞ-ın 5-ci donanması məsələni, hələlik, şərh etməyib.

Niderlandda hazırlanmış 47 metrlik Konarak gəmisi 1988-ci ildən istifadədədir. Onun heyətin adətən 20 dənizçidən ibarət olur.

İran strateji Hörmüz boğazına yaxın olan regionda mütəmadi təlimlər keçir. Fars Körfəzindəki Hörmüz boğazından dünya neftinin beşdə bir hissəsi nəql olunur.

ABŞ Prezidenti Donald Trump 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan Tehranla Vaşinqtonun münasibətlərində gərginlik səngimir.

XS
SM
MD
LG