Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:16

İfrat sağçı terror hücumları ‘artır’ – Qərb mediası


Brüssel, arxiv fotosu
Brüssel, arxiv fotosu

Avropa Birliyinin bəzi üzv ölkələrində ifrat-sağçı terror təhdidləri və onların onlayn nifrət ideologiyası yüksəlir. Bunu “EUobserver” portalında Nikolaj Nielsen AB-nin daxili sənədinə istinadla yazır.

Milli nümayəndə heyətlərinə göndərilmiş, “EUobserver” müxbirinin gördüyü 4 may tarixli sənəddə deyilir ki, “ifrat sağçı ekstremistlərin fəaliyyəti yüksəliş yaşayır”.

12 səhifəlik sənəd Xorvatiyanın hazırda prezidenti olduğu AB tərəfindən hazırlanıb, ölkələrinə qayıdan xarici terrorçu döyüşçülərin, ifrat-sağçı terrorçular və nisbətən az miqyasda ifrat-solçuların yaratdığı təhdidlərdən söz açır.

Ümumilikdə isə AB daxilində ümumi terror təhdidinin yüksək səviyyədə, dəyişməz qaldığı bildirilir.

Təkbaşına hücumlar

Amma sənəd ifrat-sağçı ekstremistləri xüsusi vurğulayır. Eyni zamanda Suriyanın şimalında düşərgələri tərk edən islamçıların başqa yerlərdə hücumlar gerçəkləşdirməsi sarıdan narahatlıqdan söz açır.

“Həm islamçı terrorçuluqda, həm də ifrat-sağçı zorakı ekstremizmdə təkbaşına hücumlar üstünlük təşkil edir”, – sənəddə deyilir.

Sənəddə yunan adalarında qaçqınlara və miqrantlara qarşı ağdərili millətçilərin son hücumlarına işıq salınır. İlin əvvəlində ifrat-sağçı silahlı Almaniyanın Hanau şəhərində doqquz kürdü güllələyərək öldürmüşdü.

BMT rəhbəri isə ötən həftə Covid-19 pandemiyasının səbəb olduğu “nifrət və ksenofobiya sunamisi”ndən danışırdı.

AB-nin daxili işlər üzrə komissarı Ylva Johansson da bu yaxınlarda xəbərdarlıqla çıxış edib.

“Ümid edək ki, bu terrorçular virusdan vəcdə gələrək daha çox bioloji silaha əl atmayacaqlar”, – o, parlamentarilərə deyib.

Sənəddə sözügedən təhdidlərə AB-nin polis agentliyi olan Europol-un, kəşfiyyat məlumatlarının paylaşım bürosu IntCen-in necə reaksiya verməsindən də söz açılır. Bir sıra tövsiyələr irəli sürülür.

Məsələn, tələb olunur ki, Europol daxilindəki xüsusi internet bölümü internetdə zorakı ifrat-sağ qanad ekstremist kontenti işarələsin.

XS
SM
MD
LG