Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:52

Rusiyada rekord sayda ölüm qeydə alınıb, amma dinamika ‘müsbətdir’


Moskvada Stoleşnikov döngəsi
Moskvada Stoleşnikov döngəsi

Rusiyada Operativ Qərargahın verdiyi məlumata görə mayın 26-da koronavirusa 8915 yoluxma qeydə alınıb.

Bu, əvvəlki günlərdən bir qədər azdır. Amma son sutka ərzində COVID-19-dan 174 ölüm qeydə alınıb. Bu, bütün pandemiya ərzində Rusiyada ən böyük bir günlük artımdır.

Sözü gedən 8915 yoluxmadan 2830-u paytaxt Moskvanın payına düşür.

İndiyədək Rusiyada koronavirusa 362 min 343 yoluxma qeydə alınıb.

Mayın ortalarından bəri gündəlik yoluxmaların sayı 9 mini keçməyib.

Qeydə alınan yoluxmaların sayına görə Rusiya ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Bütün epidemiya müddətində Rusiyada koronavirusdan 3807 ölüm baş verib.

Koronavirus Bakıda "Fəhlə bazarı"nda da gərginlik yaradıb
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Ölüm sayı artacaq, amma

Rusiyada bir gün ərzində 12 min 331 nəfər xəstəxanalardan sağalaraq çıxıb.

Bu da rekord rəqəm hesab olunur. Beləliklə Rusiyada bir gün ərzində sağalanların sayı yoluxanların sayından çox olub.

BBC-nin Rus xidməti xəbər verir ki, sağalanların arasında prezident Putinin mətbuat katibi Dmitry Peskov, Lukoil neft şirkətinin vitse-prezidenti Leonid Fedun və tikinti naziri Vladimir Yakushev də var.

Rospotrebnadzorun başçısı Anna Popova və Moskva meri Sergei Sobyanın bildiriblər ki, Rusiyada və paytaxtda yoluxmaların piki aşıldıqdan sonra ölüm sayının artacağı gözlənilir.

Moskva üzrə koronavirusdan ölənlərin sayı 2110 nəfərə çatıb.

Moskvada COVID-19-dan sağalanların sayı isə 8033 nəfər olub.

Halbuki hələ mayın 20-də bu rəqəm 5440 idi.

Moskva merinin müavini Anastasia Rakova deyib ki, bu, müsbət dinamikanın davam edəcəyinə ümid yaradır.

XS
SM
MD
LG