Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:58

ABŞ-da qaradərilinin ölümünə görə etirazlar davam edir


Polis etirazçıları dağıdır
Polis etirazçıları dağıdır

Mayın 31-də ABŞ-ın bir sıra şəhərlərində irqi ədalətsizliyə qarşı nümayişlər davam edib. Etirazçılar Minnesotanın Minneapolis şəhərində silahsız qaradərilinin ağdərili polisin əlində ölməsinə etiraz edirlər.

Vaşinqtonda Ağ evin qarşısında Lafayette Parkında yüzlərlə insan nümayişə çıxıb. Etirazçılar “Qaradərililərin həyatı əhəmiyyətlidir”, “Əllər yuxarı, atəş açmayın”, “Ədalət yoxsa, sülh də yoxdur” şüarları səsləndiriblər, polis isə parkın girəcəyində sıraya düzülüb. Etirazçılardan bəziləri polis əməkdaşlarına plastik butulkalar atıb.

Trump yenə medianı tənqid edir

Gecə düşüncə, parkın içində və yaxınlığında azı iki yanğın törədiləndən sonra polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.

Nyu York şəhərində azı bir avtomobil yandırılıb, minlərlə adam küçələrə çıxaraq şüarlar səsləndirib, dizüstü sürünüb, Times Meydanında polis şöbəsi qarşısında bir dəqiqəlik sükut etməklə polis tərəfindən öldürülənləri yad edib.

Minneapolislə qardaş şəhər St. Paul-da isə etiraz gərgin həddə çatıb, yük maşını körpüdən keçənlərin üstünə sürüb. Adamlar maşının qabağından qaçmağa çalışıblar. Yük maşını saxlayanda onlar sürücünü dartıb çıxararaq döyüblər. Polis onu həbs edərək xəstəxanaya müalicə olunmağa aparıb.

Mayın 30-da 75-dən artıq şəhərdə nümayişlər keçirilmişdi. Bundan sonra hakimiyyət komendant saatı tətbiq edib, Milli Qvardiya əsgərlərini yerləşdirib.

Nümayişlər vaxtı Prezident Donald Trump-ın Ağ evdə olduğu güman edilir. O, Mili Qvardiyanı zorakılığın qarşısını almaq cəhdlərinə görə alqışlayıb, medianı isə “nifrət və anarxiyanı alovlandırmaq üçün mümkün hər şeyə əl atdığına görə” tənqid edib.

Antifa-nın adı hallanır

Trump Twitter-də yazıb ki, Antifa solçu qrupunu terrorçu təşkilat elan edəcək. Prezident həmin qrupu zorakılığa rəhbərlikdə suçlayıb, bəzi federal rəsmilər də bu qrupun etirazlarda əli olması ehtimalını səsləndirib. Antifaya daxil olan qruplar daha çox ifrat solçu silahlı mübarizəni təbliğ edirlər.

Baş Prokuror Bill Barr deyib ki, “iğtişaşlarla əlaqədar Antifa və digər oxşar qrupların təşviq edərək həyata keçirdiyi zorakılıq daxili terrorçuluqdur və ona müvafiq cavab veriləcək”.

Mayın 30-daTrump ​George Floyd-un ölümünü “ağır faciə” adlandırıb, ancaq onu da əlavə edib ki, administrasiyası nümayişlərin zorakılığa çevrilməsinə imkan verməyəcək.

46 yaşlı Floyd Minneapolisdə ağdərili polis əməkdaşı tərəfindən əli qandallanaraq üzüstə uzadılıb, polis dizini onun boynuna sıxıb, Floyd “Nəfəs ala bilmirəm” deyə qışqırsa da polisdən canını qurtara bilməyib. O, sonradan xəstəxanada dünyasını dəyişib. Bu insidentdən sonra ölkəni etiraz dalğası bürüyüb.

Həftəsonu Kanada, Britaniya, Almaniya kimi ölkələrdə də etirazçılara dəstək yürüşləri keçirilib.

İnsidentdə iştirak etmiş dörd polis əməkdaşı işdən çıxarılıb, qaradərilini yerə yıxmış əməkdaşa isə ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG