Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:33

Britaniyada bir gündə bütün Avropadan çox ölən olub


Edinburqda it heykəli
Edinburqda it heykəli

İyunun 3-də Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı bütün Avropa İttifaqı ölkələrindəki ümumi ölüm sayından çox olub.

Yahoo news saytı yazır ki, ötən sutka ərzində Britaniyada COVID-19-dan 359 nəfər vəfat edib. İyunun 3-də bütün Avropa İttifaqında koronavirusdan 322 ölüm qeydə alınıb.

Oksford Universitetinin məlumatına görə eyni gündə Fransada 107, İsveçdə 65 və İtaliyada 55 nəfər vəfat edib.

Ekspertlərin fikrincə bu rəqəmlər Avropaya nisbətdə Britaniyada epidemiyanın daha geniş miqyasda yayıldığını göstərir.

Bundan əvvəl İngiltərədə karantin şərtləri yumşaldılmış, adamlara 5 nəfərlik qruplarda toplaşmaq icazəsi verilmişdi.

Ölümlərin ümumi sayı azalsa da…

Bəzi ekspertlər deyirlər ki, 359 ölüm Avropada pandemiyanın kəllə-çarxda olduğu vaxtlarla müqayisədə elə də böyük rəqəm deyil.

Amma burası da var ki, Britaniyanın bir günlük ölüm göstəricisi Almaniyanın ən pis göstəricisindən də yüksəkdir. Almaniyada aprel ayında bir gündə koronavirusdan 333 nəfər ölmüşdü.

Birləşmiş Krallıqda koronavirusdan ölümlər azalmaqda davam etsə də, ümumi göstəricilər Avropada olduğunudan xeyli yüksəkdir.

Bu səbədən də məhdudiyyətlərin bir qədər erkən qaldırıldığına dair narahatlıqlar var.

Baş nazir Boris Johnson xəbərdarlıq edib ki, koronavirus epidemiyasının ikinci dalğası ola bilər.

İndiyədək Britaniyada koronavirusdan 50 mindən çox insan dünyasını dəyişib.

Bu, Avropa üzrə ən pis göstəricidir və Britaniya ölüm sayına görə yalnız ABŞ-dan geridə qalır.

Hökümət karantin qaydalaırnı sərtləşdirdi- həftə sonu evdən çölə çıxmaq olmaz
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Baş naziri tibb müşavirləri cilovlayırlar

Britaniya hökumətinin baş elmi müşaviri lord Patrick Vallance xəbərdarlıq edib ki, başqa ölkələrdə karantin şərtlərinin yumşaldılması yoluxma hallarının sıçrayışlı artımına səbəb olub.

BBC xəbər verir ki, Boris Johnson-un epidemiya həyəcanının dərəcəsini 3-dən 4-ə endirmək planının qarşısını məhz tibb müşavirləri alıblar.

Həyəcan dərəcəsi virusun artma sürəti ilə ölçülür.

Əksinə iyunun 15-dən Britaniyada bütün nəqliyyat növlərində maska taxılması icbari olacaq.

XS
SM
MD
LG