Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:39

ABŞ Qlobal Media Agentliyinə yeni rəhbər təsdiqləndi


Michael Pack
Michael Pack

ABŞ Senatı Prezident Donald Trump-ın büdcədən maliyyələşən media orqanlarına nəzarət edən federal agentliyin başçısı vəzifəsinə namizədini təsdiqləyib. Amerikanın Səsi (VOA) və AzadAvropa/AzadlıqRadiosu da bu media orqanları sırasındadır.

Michael Pack ABŞ Qlobal Media Agentliyinin (USAGM) başçısı vəzifəsinə 53-38 səs fərqiylə təsdiqlənib. Yalnız bir demokrat, Qərbi Virciniyadan Senator Joe Manchin Senatın respublikaçı çoxluğu ilə birlikdə səs verib.

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Jamie Fly Pack-ın vəzifəyə təsdiqlənməsini alqışlayıb.

“AzadAvropa/AzadlıqRadiosu-nun Avrasiyadakı izləyicilərimizi müstəqil və obyektiv jurnalistika ilə təmin etmək missiyasının davam etdirilməsində Michal Pack ilə işləməyi səbirsizliklə gözləyirəm. Son 70 ildə olduğu kimi, AzadAvropa/AzadlıqRadiosu hər bir platformada, bütün sərhədləri aşaraq senzurasız informasiya verməkdə davam edəcək”, – Fly vurğulayıb.

Trump üçillik bu vəzifəyə Pack-ın namizədliyini iki ildi irəli sürmüşdü.

Demokratların əndişəsi

Səsvermənin yubanmasının bir səbəbi demokratların narahatlığıyla bağlıydı. Onlar Pack-in qanunla obyektiv və balanslı olmalı USAGM agentliklərinə siyasi qərəz gətirə biləcəyindən narahat idilər. Trump VOA-nın redaksiya siyasətini, Çinin koronavirus pandemiyası ilə mübarizəsini necə işıqlandırmasını kəskin tənqid edəndə bu narahatlıq daha da artdı.

“Michael Pack-ə təbriklər! Heç kəs bunun Amerika üçün necə böyük bir qələbə olduğunu bilmir. Niyə? Çünki o, AMERİKANIN SƏSİ-nə və onunla bağlı hər şeyə rəhbərlik edəcək”, – prezident iyunun 4-də tvitində yazıb.

Pack isə sentyabrda dinləmələr zamanı təşkilatı siyasi təsirə məruz qoyacağıyla bağlı iddiaları rədd edib.

“Bütün agentlik belə bir inama əsaslanır ki, reportyorlar müstəqildirlər, onlara xəbəri necə vermək, nə demək lazım olduğunu heç bir siyasi qüvvə diktə etmir. Məncə, bu inam olmasa, bütün agentlik zərbə altında qalar”, – o vurğulayıb.

Demokratlar Pack-in idarə etdiyi bir qeyri-kommersiya təşkilatında onunla bağlı mənimsəmə iddialarından da narahatlıq ifadə edib.

Vaşinqton prokurorluğu Pack-in “Public Media Lab” adlı şirkətdən vəsaitləri qanunsuz istifadə edib-etməməsini araşdırmağa başlayıb.

Ağ ev də bildirib ki, Trump onun namizədliyini müdafiə edir və demokratların “dövlət qulluqçusunun təmiz tarixçəsinə siyasi palçıq atması” məyusedicidir.

XS
SM
MD
LG