Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Koronavirus pandemiyası ‘ən pis qarabasmadır’


Dr. Anthony Fauci (sağda) və Prezident Donald Trump
Dr. Anthony Fauci (sağda) və Prezident Donald Trump

Birləşmiş Ştatlarda yoluxucu xəstəliklər üzrə aparıcı ekspert koronavirus pandemiyasını dünya tarixinin ən pis hadisəsi adlandırıb, onun tezliklə bitməyəcəyi xəbərdarlığını edib.

Dr. Anthony Fauci bu haqda iyunun 9-da danışıb. Həmin gün dünya üzrə yoluxma sayı 7,2 milyona çatıb, ölü sayı 411 min keçib.

Ağ evin koronavirusa qarşı işçi qrupunun üzvü olan Fauci deyib ki, COVID-19 “məndən ötrü ən pis qarabasmaya çevrilib”. O, belə bir pandemiyanın mümkünlüyünü bildiyini, ancaq yayılma sürətinin onu təəccübləndirdiyini sözlərinə əlavə edib.

“Bir ay çəkdi”, – ekspert deyib. Halbuki bir çox asanlıqla yayılan xəstəliklərin dünyanı əhatələməsi altı ay çəkir. Səbəblər isə virusun aşırı yoluxuculuğu, yoluxmuş şəxslərin səyahətləri olub.

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru olan Fauci vaksinin tapılacağından əminliyini dilə gətirib.

Hazırda bir sıra vaksinlər sınaqdan çıxarılır və Fauci deyir ki, azı biri uğurlu olacaq.

Virusla bağlı çox şey öyrənilməlidir. “Biz hələ real dərketmənin başlanğıcındayıq”, – o deyib və pandemiyanın tezliklə başa çatmayacağını vurğulayıb.

Latın Amerikası diqqət mərkəzində

Avropa və Asiya pandemiyanın ən pis dövrünü əsasən geridə qoyub. Dünya Səhiyyə Təşkilatı (DST) iyunun 9-da bildirib ki, hazırda Latın Amerikasında yeni yoluxmalar sürətlə artır.

DST-nin regional qanadı olan Pan Amerika Səhiyyə Təşkilatı (PAST) Meksika, Panama, Kosta Rika, Braziliya, Peru, Çili, Venesuela, Haitidə yoluxma hallarının sürətlə artdığını qeyd edir.

Hazırda Amerika qitəsi 3,3 milyon yoluxma ilə dünya üzrə təsdiqlənmiş yoluxmaların təxminən yarısını əhatələyir.

Argentina virusun episentri sayılan Buenos Ayresdə məcburi tədridetmənin müddətini uzadıb.

Braziliya hökuməti isə iyunun 9-da Ali Məhkəmənin qərarına əməl edib, COVID-19-la bağlı bütün məlumatların dərcini bərpa edib. Bundan qabaq hökumətin pandemiyanın kəskinliyini gizlətməyə çalışması iddiaları yayılmışdı.

İyunun 5-dən Səhiyyə Nazirliyi vebsaytında COVID-19-dan ölüm və təsdiqlənmiş yoluxmalarla bağlı rəqəmlərin dərcini dayandırmışdı.

XS
SM
MD
LG