Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:54

Professor: ‘Bəzi yanlışlıqlar olub’


Arxiv foto
Arxiv foto

Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qala bilərlər. Bununla bağlı iyunun 12-də“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli Qərarına dəyişiklik edilib.

Sənədə görə, xəstəliyə yoluxma faktı təsdiq edilən şəxslər onu yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, həkim rəyinə əsasən yaşadıqları və ya olduqları yerdə təcrid oluncaqlar.

Bununla əlaqədar, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də açıqlama verib ki, dəyişiklik Nazilər Kabineti yanında Operativ Qərargahda müzakirə edilir.

Üstəlik, son günlər bəzi rəsmilərin dilindən də xəstəxanalarda yer çatışmazlığı problemindən bəhs edilməyə başlanıb.

Bəs görək, belə olan halda Azərbaycanda koronavirusla bağlı hazırkı durumu ekspertlər necə dəyərləndirirlər? Hökumətin gördüyü tədbirlər necə qiymətləndirilir?

“Bəzi yanlışlıqlar olub”

Adil Qeybulla, 11 may 2010
Adil Qeybulla, 11 may 2010

Tibb sahəsi üzrə professor Adil Qeybullaya Azadlıq Radiosuna deyib ki, əslində həm Operativ Qərargahın gördüyü müəyyən tədbirlərdə, həm də əhalinin davranışlarında bəzi yanlışlıqlar olub. Onun fikrincə, hazırda böyük yoluxma potensialı yaranıb:

“ Bu da onunla əlaqədardır ki, insanlar sosial məsafə gözləmirlər, karantin qaydalarında yumşalmalar olduqdan sonra küçələrə, istirahət məkanlarına, ticarət mərkəzlərinə kütləvi axın başlandı və hesab edirəm ki, yoluxma realdır. Yoluxmanın artması bu məqsədlə ayrılan xəstəxanaların xəstə qəbul etmək imkanları ilə üst-üstə düşmür”.

A.Qeybulla deyib ki, Avropa təcrübəsinə gedilməlidir.Onun vurğulamasına görə, Avropada ağır xəstələrə yer qalmadığı halda yüngül xəstələr ev şəraitində müalicə edilirdi və Azərbaycan da buna keçməlidir.

“Bu isə ümumiyyətlə düzgün deyil,...”

A.Qeybullanın qeyd etməsinə görə, hələ pandemiyanın ilk vaxtından təklif edib ki, virus simptomları olmayan şəxslər karantin müddətini xəstəxana şəraitində yox, sahə həkiminin nəzarəti altında ev şəraitində keçirsin, ağırlaşma olarsa xəstəxana şəraitinə keçirilə bilərlər:

“Yoxsa, onları aparıb xəstəxanalarda həftələrlə saxlamaq nəyə, hansı məqsədlərə xidmət edir? Yəni, bunları vaxtında etmək lazım idi. İndi də yoxlanmaq üçün karantin müddətinə alınanlar da, bu virusa yoluxanlar da “Atletlər Kəndi”nə yerləşdirilir. Bu isə ümumiyyətlə düzgün deyil, qaydaların tamamilə pozulması deməkdir. Hesab edirəm ki, indi qəbul olnan qərar lap əvvəldə qəbul olunsaydı daha yaxşı olardı. İndi isə bu qərar ona görə qəbul edildi ki, sadəcə başqa çıxış yolu yoxdur”.

“Yer məsələsi ilə bağlı bir az sıxıntı yarana bilər”

Cəlal İsayev, arxiv foto
Cəlal İsayev, arxiv foto

Azərbaycann Baş infeksionisti Cəlal İsayev isə “ Turan”agentliyinə müasibəsində son açıqlamaları belə dəyərləndirib:

“İndi yer məsələsilə bağlı bir az sıxıntı yarana bilər. Bu ehtimalı nəzərə alaraq Avropa ölkələrinin bir qismində tətbiq olunduğu üçün Operatv Qərargah da qərara gəlib ki, yüngül yoluxmuş xəstələr təcrid olunmaqla ev şəraitində müalicə edilə bilərlər. Bu halda da xəstələr daim nəzarət altnda olacaqlar. Nəzarət ediləcək ki, evdən çıxmasın və onlar xüsusi iltizamnaməyə qol çəkdrilir ki, verilən tələbləri yerinə yetirməyə görə məsuliyyət daşıyırlar. Telefonu 24 saat açıq olmalıdır və s.”

Baş infeksionistin deməsinə görə, indi narhatlığa səbəb odur ki, yoluxma sayı artıb, bu bir tərəfdən infeksiyanın qanunauyğunluğudursa, digər tərəfdən insanların özlərinin də karantin qaydalarına səhlənkar yanaşmalarının nəticəsidir. Onun vurğulamasına görə, bütünlükdə isə koronavirusla bağlı ölkədə vəziyyət nəzarət alıtndadır və buna görə də bəzi yumşalmalara gedilir.

“Hökumətin səhvi olmayıb”

Bu sahədə hökumətin fəaliyyətinə gəlincə, C.İsayev hesab edir ki, bu istiqamətdə hökumət düzgün işlər görüb. Onun vurğulamasına görə, insanların sağlamlığı naminə hər şey, hətta lazım olandan artıq edilir və səhv addım olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 758 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 428 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyədək ümumilikdə 9 min 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 113 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb.Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər.Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb. Karantin dövrü bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG