Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:18

Daha 588 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 1-nə verilən məlumatda belə deyilir.

Rəsmi məlumata görə indiyədək Azərbaycanda 18112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6682, ötən müddət ərzində isə ümumilikdə 488852 test aparıldığı bildirilir.

XS
SM
MD
LG