Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

ABŞ Çin düşərgələrində hazırlandığı düşünülən ‘saç yükünü’ saxlayıb


ABŞ sərhədi (Foto arxivdəndir)
ABŞ sərhədi (Foto arxivdəndir)

ABŞ-ın gömrük rəsmiləri Çinin qərbində, Sintzyan vilayətindəki düşərgələrdə saxlanan müsəlmanların hazırladığı ehtimal edilən insan saçı məmulatlarından ibarət yükü müsadirə ediblər.

ABŞ Gömrük və Sərhəd Keşiyi (CBP) komissarının ticarət üzrə müavini Brenda Smith deyib ki, belə malların istehsalı “çox ciddi insan haqları pozuntusu” sayıla bilər.

CBP-nin bəyanatında deyilir ki, sözü gedən mallar Lop County Meixin Hair Product Company şirkətinin 800 min dollarlıq 13 ton yükünün içində olub.

ABŞ rəsmiləri bu məhsulları, onların məhbuslar və ya uşaqlar da daxil məcburi əməkçilər tərəfindən hazırlandığına dair şübhələrə görə müsadirə ediblər.

Smith-in sözlərinə görə, saxlanma barədə iyunun 17-də verilmiş əmr “Birləşmiş Ştatlarla ticarət etmək istəyənlərin hamısı üçün xəbərdarlıq olmalıdır ki, ABŞ-ın ticarət təchizatı xətlərində qanunsuz və qeyri-insani yolla hazırlanmış mallara dözümsüzlük göstəriləcəkdir”.

Lop County Meixin son aylarda məcburi əməkdən istifadəyə görə “qara siyahıya” salınmış üçüncü Sintzyan ixracatçısıdır.

Bu mallardan pariklərin hazırlanmasında və kosmetik saç uzadılmasında istifadə olunur.

Reputasiya, iqtisadi və hüquqi risk

CBP bildirib ki, aldıqları malların məcburi əməyin məhsulu olmadığına təminat vermək idxalçıların məsuliyyətidir.

Bundan əvvəl ABŞ-ın Ticarət, Maliyyə və Daxili Təhlükəsizlik nazirlikləri ABŞ bizneslərinə Çinin Sintzyan vilayətindən və bu ölkənin başqa vilayətlərindən gələn mallar barəsində diqqətli olmaq xəbərdarlığı vermişdi.

Sözü gedən nazirliklər habelə ABŞ şirkətlərinə Sintzyan hakimiyyət orqanlarına adamların güdülməsi və uyğurların və başqa milli azlıq nümayəndələrinin saxlanması üçün düşərgələrin tikintisi üçün mal və avadanlığın satışını qadağan edib.

Çin hökuməti Sintzyan vilayətində türkdilli uyğurların, qazaxların və qırğızların, habelə başqa müsəlmanların repressiyalarını davam etdirir.

ABŞ Dövlət Departamenti bildirir ki, Çinlə bu sayaq işbirlyində olan şirkətlər “reputasiya, iqtisadi və hüquqi riskləri” yaddan çıxarmamalıdırlar.

XS
SM
MD
LG