Rusiyanın rəsmi məlumat internet portalında ölkənin yeni Konstitusiyasının mətni "Rusiya Federasiyası Prezidentinin Konstitusiyası" adı ilə yayımlanıb. Bu barədə "Qolos" hərəkatının həmsədri Qriqori Melkonyants özünün teleqram səhifəsində yazıb.
Sonradan səhifədə düzəliş edilsə də "Meduza" xəbər saytı bu məsələnin sözügedən saytın arxivində hələ də mövcud olduğunu üzə çıxarıb. Əsas qanunun mətninin dərc edilməsi, Vladimir Putinin fərmanına əsasən Federal Təhlükəsizlik Xidməti təmin etməli idi.
Konstitusiyanın yeni mətni yanvar ayında prezidentin qanun layihəsi ilə təklif edilib. Dövlət Duması martın 11-də layihəni qəbul edərək, iyulun 1-də ümumrusiya səsverməsinə təsdiq edib.
Yeni mətndə hakimiyyət qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi, yerli özünüidarəetmənin hakimiyyət idarəetməsin inteqrasiyası, hökumət və parlamentin bir sıra səlahiyyətlərin itirilməsi, prezident idarəetməsinin gücləndirilməsi, Ali və Konstitusiya Məhkəmələrinin hakimlərinin vəzifədən azad edilmə səlahiyyətlərinin prezidentə verilməsi kimi yeniliklər yer alıb.
Bundan əlavə, Rusiyanın hazırkı Prezidenti Vladimir Putin və üçüncü prezident Dmitri Medvedev üçün prezidentlik şərtləri yenidən qurulur ki, bu da onların hər birinə seçkidən sonra iki dəfə prezidentliyə sahib çıxmağa imkan verir.
Səsvermənin rəsmi nəticəsinə görə, düzəlişləri ölkə əhalisinin 77,92 faizi müdafiə edib, 21.27 faizi isə əleyhinə səs verib. Müxalifət və "Qolos" hərəkatı isə geniş miqyaslı saxtakarlıqların olduğunu bildirirlər.
Seçici qiymətləndirilməsi layihəsinin təhlilçisi Sergey Şpilkinin sözlərinə görə, ölkə seçicilərinin təxminən 2/3-i səslərinin düzgün sayılmaları üçün səs vermək imkanından məhrum edilib.
Rəsmi fəallığın 65 faizi olması ilə bağlı rəsmi rəqəmləri şübhə altına alan təhlilçi hesab edir ki, bu təxminən 44 faiz civarında olub. Onun sözlərinə görə, dəyişikliklərə hesablanmış təxminən 20 milyon səs protokollarda kütləvi saxtakarlıq kimi ortalığa çıxa bilər.
MSK isə bu səsvermədə əhəmiyyətli pozuntuların olmadığını bildirir.