Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

523 yoluxma, 9 ölüm


Qoruyucu kostyumlardakı işçilər bir səyyar laboratoriyada işləyirlər, Pekin, 23 iyun 2020
Qoruyucu kostyumlardakı işçilər bir səyyar laboratoriyada işləyirlər, Pekin, 23 iyun 2020

İyulun 5-də Azərbaycanda 523 adam COVİD-19 infeksiyasına yoluxub, 451 nəfər sağalaraq evə buraxılıb, 9 xəstə isə ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İyulun 5-də Azərbaycanda 523 adam COVİD-19 infeksiyasına yoluxub, 451 nəfər sağalaraq evə buraxılıb, 9 xəstə isə ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, ölkədə hazırda 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Yoluxma hallarını müəyyənləşdirmək üçün indiyədək 516 min 533 test aparılıb. Bazar günü aparılan testlərin sayı 6722-dir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 449 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 509 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG