Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:25

‘Əlləri qana bulaşanlar Londonda mülk ala bilməyəcəklər’


Dominic Raab
Dominic Raab

Britaniya xarici işlər naziri Dominic Raab bəyan edib ki, onun hökuməti bütün dünya boyunca insan haqlarını kobud pozan ölkələrə və onların rəsmilərinə ağır sanksiyalar qoyur.

İlkin sanksiyalar Rusiya, Səudiyyə Ərəbistanı, Birma və Şimali Koreyanı hədəfləyəcək.

Cənab Raabın iyulun 6-da elan etdiyi sanksiyalara adı çəkilən ölkələrin rəsmilərinin Britaniyaya səfərlərinin qadağan olunması da daxildir.

The Guardian yazır ki, beləliklə də London Breksitdən sonra insan haqlarını pozan şəxslərə və təşkilatlara müstəqil olaraq cəza tədbirləri görəcəyini nümayiş etdirib.

Raab parlament qarşısında etdiyi çıxışında deyib ki, onun hökuməti ölkənin bütün dünyadakı rolunun yüksəldirməsinə sadiqdir.

Kimlər hədəflənəcək

Britaniyanın sanskiyaları insanların yaşamaq, azadlıq hüquqlarını pozanlara, habelə işgəncələrdən və quldarlıqdan istifadə edənlərə qarşı yönələcək.

Bu da qeyd olunur ki, sanksiyalar təkcə insan haqlarını pozanlara yox, bu pozuntulardan mənfəət əldə edənləri hədəfləyəcək:

"Əlləri qana bulaşanlar artıq bu ölkədə vals rəqsi edə, Kinqs Roud küçəsində mülk ala, Naytsbricdə bahalı milad hədiyyələri seçə və ya çirkli pullarını Britaniya banklarında yuya bilməyəcəklər”.

Məsələn Rusiya rəsmilərindən qara siyahıya salınanların arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin də var.

Britaniya bundan iki il əvvəl, 2018-ci ildə Sanksiyalar Qanunu qəbul edib. Bu qanundan məqsəd Britaniyanın müstəqil şəkildə sanskiayalr qoymaq qabiliyyətinin bərqərar edilməsidir.

Britaniya 2016-cı ilədək Avropa İttifaqının və BMT-nin sanksiya rejimlərinə qoşulmaq öhdəliyinə malik idi.

Bu həmin Raabdır ki...

Amma Britaniyanın sanksiyaları hazırkı mərhələdə Kanada və ABŞ qanunlarında olduğu kimi korrupsiya hallarını əhatə etməyəcək.

Hökumət bunu da bildirir ki, Britaniya sanksiyaları əsasən ölkə Xarici İşlər Nazirliyinin illik insan haqları hesabatlarında “narahatlıq doğuran ölkələri” əhatə edəcək.

The Guardian yazır ki, bütün dünyada müxtəlif avtoritar rejimlərin insan haqları pozuntularının böyüyən miqyası Britaniya hökumətini sərt addımlara məcbur edir.

İnsan haqları kampaniyaçıları bildirirlər ki, hökumət insan haqlarını pozan ölkələrdə sanksiyalarla təkcə aşağı ranqlı məmurları yox, həm də həmin ölkələrin liderlərini hədəfləmək məcburiyyətində qalacaq.

Britaniyanın indiki xarici işlər naziri Raab, hələ adi millət vəkili olduğu vaxt, 2014-cü ildə İnformasiya və Daxili İşlər nazirliklərinə Rusiyada insan haqlarını pozan 60-dək fərdin Britaniyaya səfər hüququnun olub-olmadığı barədə sərt sorğu vermişdi.

XS
SM
MD
LG