Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:58

Kremlin namizədini məğlub etmiş qubernator həbs olunub


Sergey Furgal
Sergey Furgal

Rusiyanın Uzaq Şərq vilayətinin qubernatoru biznesmenin qətlinin sifarişində ittiham olunaraq həbs edilib. İki il qabaq həmin qubernator Kremlin favoriti üzərində qələbə çalmışdı.

Rusiya İstintaq Komitəsinin iyulun 9-da yaydığı bəyanatda deyilir ki, Xabarovskun qubernatoru Sergey Furgal saxlanıb.

Ölkə mediası 50 yaşlı Furgal-ın regionda mütəşəkkil cinayətkar qrupla bağlı istintaq çərçivəsində həbs olunduğunu yazır. Ria Novosti ona tezliklə biznesmenin qətlinin təşkili və adamöldrməyə cəhd ittihamı irəli sürüləcəyini qeyd edir.

Agentlik bildirir ki, ittihamlar 2004 və 2005-ci illərdə baş verənlərlə bağlıdır.

“Kreml üçün arzuolunmaz namizəd”

Millətçi Rusiya Liberal Demokratik Partiyasının üzvü olan Furgal 2018-ci il seçkisində hakim Vahid Rusiya partiyasından Vyacheslav Shport-u məğlub edib.

Rusiyanın siyasi təhlilçisi Tatyana Stanovaya 2019-cu ildə yazırdı ki, Furgal “Kreml üçün arzuolunmaz namizəd” idi.

O zaman Furgal-ı Xabarovskun keçmiş qubernatoru Viktor Ishayev dəstəkləyirdi. O, 1991-2009-cu illərdə region idarə edib.

Ishayev ötən il həbs olunub. Onda Furgal onun adamlarından bəzilərini region administrasiyasında yüksək vəzifələrə yerləşdirməyə başlamışdı. Ishayev dələduzluqla Rosneft dövlət neft şirkətindən pul mənimsəməkdə ittiham olunurdu.

Furgal 2007-2018-ci illərdə Rusiya parlamentinin aşağı palatası olan Duma üzvü olub.

XS
SM
MD
LG