Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:10

'Burada Rusiyanın daha peşəkar hərbi gücünün izləri görünür'


'Hədəf rus qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdir' - Ekspert
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

'Hədəf rus qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdir' - Ekspert

Son günlər Ermənistan-Azərbaycan sərhədində yenidən iriçaplı silahlar işə salınıb. Üstəlik, Qarabağ savaşında birinci dəfə olaraq Azərbaycan öz generalını döyüş bölgəsindəcə itirəsi oldu.

"Bu, təxribatdır və Ermənistan bunda bir neçə məqsəd güdüb. Bunun biri Tovuzun Ağdam kəndi yaxınlığındakı strateji yüksəkliyi ələ keçirmək istəyidir. Həm də Ermənistan rəhbərliyinin xalq içində reytinqini yüksəldə bilməkdir. Digər bir səbəb isə Ermənistan ordusunu 2016-c ilin aprelində (həmin vaxt atəşkəs bir neçə gün pozuldu. Azərbaycan Lələtəpə yüksəkliyini azad etdi-red.) Azərbaycan ordusundan aldığı məğlubiyyət sindromundan xilas etmək cəhdidir", - deputat Fəzail Ağamalı "Turan" agentliyinə deyib.

Onun fikrincə, Ermənistan həm də bu təxribata Rusiyanı da cəlb etmək istəyib. Deputatın qeyd etməsinə görə, ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi ilə danışıqlar gedib, amma Azərbaycan tərəfi informasiya məsələsində Ermənistanı qabaqlayıb:

F.Ağamalı
F.Ağamalı

"...Azərbaycanla Ermənistanı eyniləşdirdi"

"Görün bu oldu ki, Azərbaycan haqlı olsa da, Türkiyə və İslam Əməkdaşlığı Təşkilatı ölkələri istisna olmaqla, heç bir dövlət Azərbaycanın yanında olmadı. İstər Rusiya, istər ABŞ, istərsə də ATƏT-in Minsk qrupu, ayrı-ayrı beynəlxalq qurumlar Azərbaycanla Ermənistanı eyniləşdirdi. Bu fakt belə nəticəyə gəlməyə imkan verir ki, Ermənistanın təcavüzkar hərəkəti hələ də beynəlxalq səviyyədə kifayət qədər pislənilmir".

Politoloq Nəsimi Məmmədli isə hesab edir ki, bu təxribatın arxasında Rusiya dayanır və məqsəd də bölgəni tam nəzarətə götürməkdir:

"Azərbaycan burada problem yaradılmasına maraqlı deyil"

"Azərbaycanın Qərbə daşınan karbohidrogen ehtiyatları Qazax, Tovuz, Ağstafa dəhlizi ilə nəql edilir və Azərbaycan burada problem yaradılmasına maraqlı deyil. Ermənistan isə bu təxribatı Rusiyanın təhrikiylə törədir və özü də bunda maraqlı deyil", - N.Məmmədli AzadlıqRadiosuna bildirib.

N.Məmmədli deyir ki, baş verən bir sıra hadisələr də göstərir ki, bu, Ermənistan hərbi gücü ilə olunan məsələ deyil: "Burada Rusiyanın daha peşəkar hərbi gücünün izləri görünür".

Keçmiş nazirdən açıqlamalar: 'Paşinyan Rusiyanı ittiham edəcək ki...'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Politoloq sonda da deyib: "Ölkənin milli gücü təcavüzə qarşı səfərbər olunmalıdır, əks halda, Azərbaycan bu məsələdən heç bir halda uduşla çıxa bilməyəcək".

İyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahlar işə düşür.

XS
SM
MD
LG