Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:43

ABŞ yeni sanksiyalar qoyur, Kadyrov Pompeonu hədələyir


Birləşmiş Ştatlar “çoxsaylı insan haqları pozuntularına” görə Çeçenistan lideri Ramzan Kadyrov-un üzərinə yeni sanksiyalar qoyub.

ABŞ Dövlət Departamenti iyulun 20-də bildirib ki, Çeçenistanın Moskva tərəfindən dəstəklənən başçısı işgəncə və qanunsuz qətllər də daxil çoxsaylı insan haqları pozuntularına görə məsuliyyət daşıyır.

Vaşinqton bundan əvvəl də Kadyrov və onun yaxın çevrəsində olanlara qarşı sanksiyalar irəli sürüb.

Son sanksiyalara Kadyrov-un arvadı və iki qızı da daxil edilib. Bu şəxslərin hamısına ABŞ-a səfər etmək qadağan olunub.

Dövlət katibi Mike Pompeo deyib:

"Bugünkü addımımız cənab Kadyrov-a xəbərdarlıqdır ki, insan haqlarının kütləvi pozulmasının şəxsən onun özü və ailəsi üçün ciddi nəticələri vardır. Birləşmiş Ştatlar bu cür qeyri-məqbul davranışda bulunanların məsuliyyətə cəlb edilməsi üçün ixtiyarındakı bütün imkanlardan istifadə edir”.

“Biz döyüşü qəbul etdik!”

Vaşinqton başqa müttəfiq ölkələri də Kadyrov və ailəsinə qarşı buna bənzər addımlar atmağa çağırıb.

İnsan haqları qrupları və beynəlxalq gözətçilər Kadyrov-un adını LGBTI şəxslərə, insan haqları müdafiəçilərinə, media və Çeçenistan liderinin avtoritar və korrupsiyalı hakimiyyətini tənqid edənhər hansı fərqli düşüncəyə qarşı dəhşətli pozuntularla bağlayırlar.

Dövlət Departamenti bildirib ki, o habelə Kadyrov-un indi də insan haqlarının pozulmasını koronavirus pandemiyası ilə sığortalamasından narahatdır.

Kadyrov son sanksiyalara özünün Telegram kanalından cavab verib:

"Pompeo, biz döyüşü qəbul etdik! Çox maraqlı olacaq!

Çeçenistan başçısı bu mesajın üstündə öz fotosunu yerləşdirib. Fotoda Kadyrov-un əllərində iki pulemyot var.

XS
SM
MD
LG