Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:41

Trump amerikalıları maska taxmağa çağırır


ABŞ prezidenti Donald Trump xəbərdarlıq edib ki, Birləşmiş Ştatlarda pandemiya ilə bağlı yaranmış vəziyyət yaxşılaşmazdan əvvəl daha da pisləşə bilər.

O bu barədə iyulun 21-də Ağ Evdə aprel ayından bəri ilk dəfə olaraq keçirdiyi pandemiya brifinqində danışıb.

Prezident bildirib ki, “təəssüf, vəziyyət yaxşılaşmazdan əvvəl, deyəsən daha da pisləşəcək”.

Lakin o eyni zamanda vaksin və müalicələrin inkişaf etdirilməsindən ümidlə danışıb və deyib ki, Birləşmiş Ştatların bəzi yerlərində epidemiya ilə mübarizədə vəziyyət yaxşıdır.

Rekord sayda ölüm

O son zamanlaradək tutduğu mövqeyə rəğmən amerikalıları maska taxmağa çağırıb.

Halbuki Trump aylardır ki, maska taxmaqdan və onu təbliğ etməkdən yayınırdı:

“Maskanı xoşlayıb-xoşlamamağınızdan asılı olmayaraq onun köməyi var”.

Tibb ekspertləri deyirlər ki, COVID-19-un effektli müalicəsinin olmadığı bir vaxtda maskalar virisun yayılması ilə mübarizədə əldə olan çox azsaylı vasitələrdən biridir.

Trump-ın brifinq keçirdiyi gün COVID-19 24 saat ərzində ABŞ-da 1000-dən çox insanın həyatına son qoyub.

Bu, iyul ayı ərzində ən böyük birgünlük ölüm artımıdır. Əslində ölüm sayı iyunun 10-dan bəri bir gündə min nəfər həddini ilk dəfə olaraq aşıb.

Virus başqa yerlərdə də tüğyan edir

Başqa ölkələrdə də yoluxmaların sıçrayışlı artımı qeydə alınıb və onlar virusun yayılmasına qarşı tədbirlərə təkrar qayıtmalı olub.

Avstraliyada Melburn şəhərinin sakinləri iyulun 22-dən etibarən evdən çıxarkən icbari qaydada maska taxmalı olacaqlar.

Meksika ölüm sayında 40 mini keçib, Braziliyada son 24 saatda 41 min yeni yoluxma, 1400 ölüm qeydə alınıb.

Braziliyada indiyədək 2.2 milyon nəfər virusa yoluxub və 81 min 487 nəfər vəfat edib. Bu, ABŞ-dan sonra ən yüksək rəqəmlərdir.

Birləşmiş Ştatlarda koronavirusdan 142 min nəfər vəfat edib. Bu bütün dünya üzrə ölümlərin dörddə biri deməkdir.

Ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-da COVID-19-dan ölüm hallarının sayı sıçrayışla arta bilər.

Azərbaycanda koronavirusdan rekord sayda ölüm
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Düşən reytinqlər Trump-ın tonunu dəyişir

Trump iyulun 20-də, üç aylıq fasilədən sonra Ağ Evdə keçirdiyi koronavirus brifinqlərini bərpa edəcəyini bildirmişdi.

O yanlış və çaşdırıcı bəyanatlar verməkdə ittiham edildikdən sonra brifinqləri dayandırmışdı.

Lakin bu dəfə Trump daha ölçülü-biçili tonda insan itkilərindən bəhs edib və birliyə çağırıb:

"Biz bir ailə olaraq hər bir qiymətli həyatın itirilməsinə matəm tuturuq. Mən onların xatirəsinə and içirəm ki, biz vaksin əldə edəcəyik və virusa qalib gələcəyik”.

Gələn həftədən gec olmayaraq ilk ABŞ vaksininin 30 min könüllü üzərində son sınaq mərhələsi başlanacaq.

Bu arada başqa vaksinlərin də daha kiçik miqyasda sınaqdan çıxarılması davam edir.

Səhiyyə rəsmiləri deyirlər ki, hələlik vaksinlərin effektli olacağına təminat vermək mümkün deyil.

Trump brifinqləri bərpa etmək qərarına gəlməzdən az əvvəl keçirilən rəy sorğuları onun noyabr seçkisində uduzucağını göstərmişdi.

Rəy sorğusundan adamların onun pandemiya ilə mübarizədə liderliyindən razı olmadıqları məlum olub.

Amma digər tərəfdən brifinqlərin keçirilməsi o deməkdir ki, prezident yenidən diqqət mərkəzində olacaq.

XS
SM
MD
LG