Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:38

Birləşmiş Ştatlarda koronavirusdan rekord ölü sayı


Kaliforniya, arxiv fotosu
Kaliforniya, arxiv fotosu

Bəzi ştatlar təkrar açılım qərarlarına ya fasilə verirlər, ya da dayandırırlar, çoxu maska taxmağı məcburi elan edib

Artıq ikinci gündür Birləşmiş Ştatlarda COVID-19-dan günə 1100-dən çox ölüm qeydə alınıb. Mayın sonundan belə rekord görünməmişdi. Ancaq yenə də orta göstərici apreldəki günə ortalama 2 minədək ölü sayından azdır.

Ekspertlər bu rəqəmin daha da artacağı xəbərdarlığını edirlər. Gündəlik yoluxmalar isə 66 mini keçir.

Bəzi ştatlar təkrar açılım qərarlarına ya fasilə verirlər, ya da dayandırırlar, çoxu maska taxmağı məcburi elan edib.

Ayın əvvəlindən təkrar açılım prosesini ləngitməyə başlayan Kaliforniyada yoluxmalar 409 mini keçib, ölü sayı 8 minə yaxındır. Əhalisi ondan iki dəfə az Nyu Yorkda isə koronavirusdan indiyədək 32 min xəstə vəfat edib.

Son 5 ayda Birləşmiş Ştatlarda virusdan 142 mindən çox adam həyatını itirib, 4 milyonadək yoluxma təsdiqlənib.

Dünyanın bir sıra yerlərində də yoluxmalar kəskin artır deyə, virusun yayılmasını önləmək tədbirləri yenidən tətbiq olunur.

Digər ölkələr

Avstraliyada Melburn sakinləri iyulun 22-dən evdən çıxarkən maska taxmalıdırlar.

Tokionun qubernatoru sakinləri qarşıdan gələn bayramlarda evdən çıxmamağa çağırıb.

Virus Latın Amerikasında tüğyan edir, Braziliya və Argentinada iyulun 22-də rekord yoluxma qeydə alınıb.

Braziliya Prezidenti Jair Bolsonaro merləri, ştat qubernatorlarını qadağaları yumşaltmağa çağırıb. Ancaq iki həftə qabaq onun testi pozitiv çıxmışdı, iyulun 22-də yenə pozitiv göstərib.

Ümumilikdə Latın Amerikasında 4 milyondan çox yoluxma təsdiqlənib.

Hindistanda təsdiqlənmiş yoluxma sayı 1,2 milyondur. Ancaq iyulun 22-də açıqlanmış tədqiqata görə, Nyu Dehlinin əhalisinin 25 faizə qədəri, yəni təxminən 5 milyon nəfər virusa yoluxmuş ola bilər.

Pandemiyanın qlobal iqtisadiyyata təsirinə gəlincə, aprel-iyun aylarında Cənubi Koreyanın iqtisadiyyatı 2,9 faiz azalıb. Məlumatı Koreya Bankı açıqlayıb.

Bu, 20 ildən artıq müddət ərzində ən pis göstərici sayılır. Ölkədə ikinci rübdə ixrac 13,6 faiz azalıb.

XS
SM
MD
LG