Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

Evdə COVID-19-a yoluxma ehtimalı daha böyükdür


Cənubi Koreya, arxiv fotosu
Cənubi Koreya, arxiv fotosu

Cənubi Koreya epidemioloqları aşkar ediblər ki, evdə ailə üzvlərindən yeni koronavirusa daha tez yoluxmaq olur, nəinki bayırda başqaları ilə ünsiyyətdən. Bu haqda “Reuters” yazır.

ABŞ Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzinin iyulun 16-da dərc etdiyi araşdırmada koronavirus testi müsbət çıxmış 5 min 706 “indeks pasiyent” və onlarla təmasda olmuş 59 min nəfərlə bağlı detalları öyrənilib.

Araşdırmaya görə, 100 nəfərdən yalnız ikisi virusa evdən kənar təmaslardan yoluxub. Hər 10 nəfərdən birinin isə öz ailəsindən xəstəliyə yoluxduğu müəyyən edilib.

İlk təsdiqlənmiş yoluxmalar yeniyetmələr, yaxud 60-70 yaşlarında şəxslər olduqda evdə yoluxma səviyyəsi daha yüksək olub.

Ailə üzvləri ilə kim daha çox təmasda olur

“Yəqin, bu onunla bağlıdır ki, bu yaş qrupları ailə üzvləri ilə daha çox təmasda olurlar, onlara daha çox qoruma, yaxud dəstək lazım olur”, – Koreya Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzlərinin direktoru Jeong Eun-kyeong deyib.

Yaşı 9 və ondan az olanların indeks xəstə olmaq ehtimalı az olub, bunu isə Hallym Universitetinin Tibb Kollecindən Dr. Choe Young-june deyib.

Bundan başqa, böyüklərə nisbətən uşaqlar COVID-19-u daha çox asimptomatik keçiriblər. Buna görə də bu yaş qrupunda indeks xəstə müəyyənləşdirmək çətin olub.

“COVID-19-a yoluxmada yaş qrupundakı fərqin böyük önəmi yoxdur. Uşaqlar, ola bilsin, virusu daha az yayırlar, ancaq bizim məlumatlar bu hipotezi təsdiqləməyə yetərli deyil”, – Choe deyib.

Məlumatlar 20 yanvar – 27 mart tarixlərində toplanıb. Bu müddətdə Cənubi Koreyada yeni koronavirus sürətlə yayılır, gündəlik yoluxmalar pik həddə çatırdı.

Ölkədə yoluxma sayı 14 minə yaxındır, 300-ə yaxın xəstə vəfat edib.

Dünya üzrə isə 15 milyondan çox yoluxma təsdiqlənib, 620 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG