Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:25

Kadyrov Pompeo-ya ‘sanksiyalar’ açıqlayır


Ramzan Kadyrov
Ramzan Kadyrov

İyulun 23-də hökumətin iclasında çıxış edən Kadyrov deyib ki, Pompeo-ya Çeçenistanı səfər etmək dəvətini geri götürür

Rusiyanın Çeçenistan regionunun avtoritar lideri Ramzan Kadyrov ABŞ Dövlət katibi Mike Pompeo-ya “sanksiyalar” açıqlayıb.

İyulun 23-də hökumətin iclasında çıxış edən Kadyrov deyib ki, Pompeo-ya Çeçenistanı səfər etmək dəvətini geri götürür. Dəvət az öncə onlayn elan olunmuşdu.

“Pompeo-nun respublikamızdakı bütün sanksiyalara salınacağını, hesablarının bağlanacağını elan edirəm. O da mənə qarşı eyni addım atıb”, – Kadyrov Çeçenistanın dövlət televiziyası ilə yayımlanan hökumətin iclasında deyib.

Üç gün qabaq Birləşmiş Ştatlar Kadyrov, onun həyat yoldaşı və iki qızına Kadyrov-un “böyük insan haqları pozuntularında iştirakına” görə əlavə sanksiyalar açıqlayıb.

Daha öncə Vaşinqton Kadyrov-a və onun Çeçenistandakı bəzi dostlarına çoxsaylı sanksiyalar elan etmişdi.

Birinci çeçen müharibəsində Rusiyaya qarşı savaşmış Kadyrov işgəncə, adam oğurluğu, yoxaçıxmalar, qanunsuz qətllər, özünün şəxsi və siyasi düşmənlərinin Rusiya və xaricdə qətlinə görə Rusiya və beynəlxalq insan haqları fəalları tərəfindən ittiham olunur.

İyulun 23-də isə Rusiya Prezidenti Vladimir Putin Kadyrov-a general-mayor rütbəsi verib.

İnsan haqları qrupları Kadyrov-un 2007-ci ildən bu regionu repressiv metodlarla idarə etdiyini, Putinin isə bütün bunlara göz yumduğunu bildirir.

XS
SM
MD
LG