Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:28

Neftin 35 dollar götürülməsinin səbəb və nəticələri...


Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

Milli Məclis bu gün, avqustun 5-də 2020-ci il dövlət büdcəsində və icmal büdcədə dəyişikliklərə baxıb. Müstəqil ekspertlər bu ilin əvvəlindən büdcəyə yenidən baxılmasını zəruri saysalar da, hökumətin maliyyə bloku bunu inkar edirdi. Lakin sonradan hökmət də fikirini dəyişməli oldu.

Azerbaycan parlamenti, arxiv foto
Azerbaycan parlamenti, arxiv foto

Müstəqil iqtisadçı-ekspertlər büdcəyə yenidən baxılmasını dünyada neftin qiymətinin enməsi və COVİD-19 pandemiyası fonunda büdcənin sosial xərclərinin artması ilə zəruri sayırdılar. Azərbaycanın əsas gəlir mənbəyi olan xam neftin bir bareli 2020-ci ilin dövlət büdcəsində 55 dollardan hesablansa da, hazırda dünya bazarında “qara qızıl”ın qiyməti 40-45 dollar arasında dəyişir. Maliyyə Nazirliyi də indi bu dəyişiklikləri əsasən əlavə müdafiə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması və habelə COVİD-19 pandemiyasının ölkəyə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə zah edib.

"...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan (koronavirus) zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -Maliyə Nazirliyi bildirmişdi.

55 dollardan 35 dollara enmə

İndi parlamentə təklif edilən layihədə isə neftin ixrac qiyməti 35 dollardan götürülüb. Bu gün, avqustun 5-də parlamentdəki müzakirədə də Maliyyə naziri Samir Şərifov deyib ki, növbəti altı ay üçün neftin orta qiyməti 35 dollar həcmində proqnozlaşdırılır.

Həyətindən neft çıxan ailə: 'Kömək edin'
Həyətindən neft çıxan ailə: 'Kömək edin'

“Dünya bazarında təklifin tələbi üstələməsinin qarşısı alınıb və bu da neftin qiymətinin qismən sabitləşməsinə şərait yaradıb”, deyə o vurğulayıb.

Bu məsələrlə bağlı açıqlama verən iqtisadçı Qubad İbadoğlu da deyib ki, düzəlişlər neftin 1 barrel üçün orta qiymətinin 35 dollar götürülməsi ilə hazırlanıb.

“Büdcə gəlilərində baş verən ən böyük dəyişiklik...”

Azərbaycan manatı, arxiv foto
Azərbaycan manatı, arxiv foto

“Büdcə gəlilərində baş verən ən böyük dəyişiklik “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda 2018-ci il iyunun 29-da edilmiş dəyişikliklə büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılmasıdır. Maliyyə Nazirliyinin təqdim etdiyi “Büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılmasının əsaslandırılmasında göstərilir ki, 2019-cu il büdcəsində tətbiq edilən yeni büdcə qaydasına əsasən Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfertin yuxarı həddinə bu ilin büdcəsində əməl olunmayacaq”.

Beləliklə də 2020-ci ildə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 12200 milyon manatı və ya 50,6 faizi (əvvəl təsdiq olunmuş büdcədə 47 faizi) DNF-dən transfertin, qalan hissələr isə vergi, gömrük, büdcə təşkilatlarının və s payına düşür. Q.İbadoğlu bildirir ki, dürüstləşdirilmiş büdcənin gəlir mənbələrinin böyük əksəriyyətində vergi və rüsumlar üzrə daxilolmalar azalacaq. Onun qeyd etməsinə görə, itkilər DNF-dən transfertin və s. hesabna kompensaiya olunacaq, bu il üçün lazım olan maliyyə təminatı yaradılacaq.

Neftin orta qiyməti...

İLham Şaban, arxiv foto
İLham Şaban, arxiv foto

Neft Araşdırmalar Mərkəzinin Prezidenti İlham Şaban isə Azadlıq Radisuna deyib ki, Azərbaycan nefti dünya bazarında hazırda əsasən 40-45 dollar arasında satılsa da, onun dövlət büdcəsində qaşrıdakı 6 ayda 35 dollardan hesablanması ölkəyə mənfəət şəklində çatan neftin orta qiymətinin 38 dollar 70 sent oması ilə bağlıdır:

“İkinci səbəb isə, ikinci yarımillikdə neftin qiymətinin özünü necə aparacağı ilə bağlıdır və bunu proqnoz etmək çətindir. İndi neftin qiyməti 40-45 dollar dəhlizindədir. İyun ayından bu yana neft 40 dollardan aşağı qiymətə satılmayıb. Ancaq bu o demək deyil ki, neftin qiyməti müəyyən hadisələr çərçivəsində 40 dollardan aşağı da düşə bilməz, bu da mümkündür”.

Başqa bir tərəfdən isə İ. Şaban Azərbaycanın neft hasilatının azalaldığını və bu amili də nəzərə almağı vacib sayır. Ekspertlərin fikrincə, başqa tərəfdən ilk dəfə Azərbaycanda bu qədər kəsirlə olan büdcə qəbul edilir.

“Büdcə gəlirləri 24, 1 milyard manat, xərcləmələri isə bundan təqribən 3,3 milayard manat çoxdur. Odur ki, hökumət də özü üçün sığortalayıcı tədbirlər görür ki, neftin qiymətinin artımı hesabına müəyyən qədər o kəsiri bağlaya bilsin”, deyə İ.Şaban vurğulayıb.

Xatırlatma

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat məbləğində ola bilər. Bu, Milli Məclisin avqustun 5-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Təkliflər 1-ci oxunuşda qəbul edilib. Qeyd edilən gəlirlər təsdiq edilmiş göstəriciyə nisbətən 10,5 milyon manat azdır. Xərclər isə mövcud sənəddəki göstəricidən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdi. Nazirlər Kabineti də layihəni parlamentə göndərib. Rəsmilər 2020-ci il büdcəsinə dəyişiklik edilməsini neftin ucuzlaşması və koronavirus pandemiyası ilə izah edir.

XS
SM
MD
LG