Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:46

Əli Kərimlinin sürücüsünə 4 il 6 ay həbs verilib


Paşa Umudov, arxiv foto
Paşa Umudov, arxiv foto

AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova 4 il 6 ay həbs cəzası kəsilib.

Avqustun 7-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib. Lakin P. Umudov bu ittihamın saxta olduğunu deyir. O, hökmdən öncə son sözündə də bu barədə danışıb. Bildirib ki, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinq öncəsi AXCP-nin bir sıra fəalları həbs olunmuşdu. O da həbs olunacağını gözləyirdi:

“Mitinq öncəsi, hər an həbs olunacağını gözləyən bir adamın cibində narkotik gəzdirməsi məntiqli deyil axı. Məni həbsim barədə xəbərdar eləmişdilər. Mənə bəraət verilməlidir. Amma onu da bilirəm ki, bu məhkəmə mənə bəraət verəsi deyil. Çünki bu iş siyasi işdir...”

P. Umudovun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək:

“Bu işdə çoxsaylı qanun pozuntuları var”

Paşa Umudov 2019-cu il oktyabrın 16-da həbs edilib. AXCP də bəyan edib ki, Paşa Umudov siyasi fəaliyyətinə, o cümlədən Ə.Kərimlinin sürücüsü olduğuna görə həbs olunub. Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı AXCP sədri Ə.Kərimli də daxil olmaqla, çox sayda xəsarət alanlar olub.

XS
SM
MD
LG