Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 16:37

İndi pandemiyanı nisbətən cavanlar yayır


Pakistanda əyləncə parkı
Pakistanda əyləncə parkı

“Epidemiya dəyişir. Yaşı 20, 30, 40 civarında olanlar getdikcə virusu daha çox yayırlar. Çoxu heç yoluxduğunu bilmir”, – DST-nin Qərbi Sakit okean regionu üzrə direktoru Takeshi Kasai virtual brifinqdə deyib

Yeni koronavirusu indi 20, 30, 40 yaşlarında olanlar, özü də əsasən simptomsuz keçirirlər ki, bu da daha zəif qruplara risk yaradır. Bunu Dünya Səhiyyə Təşkilatı (DST) bu gün – avqustun 18-də açıqlayıb.

DST rəsmiləri bu ay deyirdilər ki, dünya üzrə virusa yoluxanlar arasında gənclərin sayı artır və bu da əhalinin daha zəif qrupları üçün təhlükəlidir.

Özləri yoluxduqlarını bilmirlər

“Epidemiya dəyişir. Yaşı 20, 30, 40 civarında olanlar getdikcə virusu daha çox yayırlar. Çoxu heç yoluxduğunu bilmir”, – DST-nin Qərbi Sakit okean regionu üzrə direktoru Takeshi Kasai virtual brifinqdə deyib.

Yeni yoluxmalarda artım bir sıra ölkələri məhdudiyyətləri yenidən tətbiq etməyə vadar edib. Bu arada dünya bir sıra şirkətlər virusa qarşı vaksin tapmağa çalışırlar. Yeni koronavirus dünyada 774 mindən çox insanın həyatına son qoyub, yoluxanların sayı 22 milyona yaxınlaşmaqdadır.

Son vaxtlar hətta virusu nəzarətə aldığı görünən ölkələrdə belə yenidən yoluxmalar başlanıb. Məsələn, Vyetnamda son 3 ayda ölkəiçi yayılma olmamışdı, yeni yoluxma halları qeydə alınır.

“Bu, təkcə yenidən baş qaldırma deyil. İnanırıq ki, Asiya-Sakit okean regionunda pandemiyanın yeni fazası başlanıb”, – Kasai vurğulayıb.

Kasai-nin sözlərinə görə, mutasiyalara baxmayaraq, DST hələ də virusun “nisbətən sabit” mərhələdə olduğunu düşünür.

Bakıda dükanlar açılıb, amma müştəri gəlmir
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Cənubi Koreyada qadağalar qayıdır

Bu arada Cənubi Koreya paytaxt ərazisində ictimai toplantıları, kilsələri, gecə klublarını bağlayacağını açıqlayıb. Səbəb yoluxmalarda artımın müşahidə olunmasıdır.

Baş nazir Chung Sye-kyun televiziya ilə çıxışında deyib ki, ölkənin 51 milyonluq əhalisinin təxminən yarısının yaşadığı Seul metropol ərazisində sosial məsafə qadağalarının qoyulması qaçılmazdır. Çünki yayılmanın qarşısı alınmazsa, pandemiya bütün ölkəni əhatələyər.

Sabahdan qüvvəyə minəcək qadağalarda 50-dən artıq adamın qapalı məkanda və 100-dən artıq insanın bayırda yığışması yasaqlanır. Gecə klubları, karaoke otaqları, bufet restoranlar, kompyuter oyun kafeləri, “yüksək riskli” digər məkanlar bağlanacaq. Kilsələr isə ibadətləri onlayn formada aparmalı olacaq.

Cənubi Koreyada ötən gün 246 yeni yoluxma qeydə alınmaqla son beş günün ümumi yoluxma sayı 959-a çatıb. Bir neçə gün öncə bir icmanın 300-dən artıq üzvünün yığışdığı kilsədə yoluxma klastrı aşkarlanıb.

Ölkədə indiyədək 16 minə yaxın yoluxma, 305 ölüm halı qeydə alınıb ki, bu da dünyada koronavirusla mübarizədə uğur hekayətlərindən sayılır.

XS
SM
MD
LG