Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 09:50

Amerikalılar seçkiyə müdaxilə olunacağına inanırlar


ABŞ-da etirazçı, arxiv fotosu
ABŞ-da etirazçı, arxiv fotosu

“Pew” Tədqiqat Mərkəzinin avqustun 18-də dərc etdiyi rəy sorğusuna görə, ABŞ-da seçicilərin 75 faizi xarici hökumətlərin seçkiyə müdaxiləyə cəhd göstərəcəyinə inanır

Getdikcə daha çox amerikalı Rusiya, yaxud digər xarici hökumətlərin noyabrda ABŞ-da prezident seçkisinə müdaxiləyə cəhd göstərəcəyinə inanır. Federal hökumətin xarici müdaxiləni önləyəcəyinə inam isə azalıb.

“Pew” Tədqiqat Mərkəzinin avqustun 18-də dərc etdiyi rəy sorğusuna görə, ABŞ-da seçicilərin 75 faizi xarici hökumətlərin seçkiyə müdaxiləyə cəhd göstərəcəyinə inanır. Onların 44 faizi belə müdaxiləni çox mümkün sayır.

Sorğu iyulun 27-dən avqustun 2-dək keçirilib.

Yanvarda respondentlərin 72 faizi deyirdi ki. xarici hökumətlər səsverməyə təsir göstərməyə cəhd edəcəklər, 39 faiz belə cəhdləri xeyli mümkün sayırdı.

İki il qabaq isə uyğun rəqəmlər 67 və 31 faiz idi.

Demokratlar və respublikaçıların fərqi

ABŞ federal hökumətinin seçkiləri haker hücumları və digər texnoloji təhdidlərdən qorumaq üçün ciddi cəhdlər göstərdiyini deyən amerikalıları sayı isə 2018-ci ilin oktyabrında 55 faiz idisə, indi 47 faizə düşüb.

Demokratlar xarici müdaxiləni respublikaçılardan daha çox real sayırlar.

Rusiya, yaxud başqa xarici hökumətlərin seçkiyə müdaxiləsini gözləyənlər sırasında 62 faiz bunu böyük problem kimi görür. Respublikaçılara nisbətən demokratlar bunu iki dəfə artıq böyük problem hesab edirlər.

Rəy sorğusunun nəticələri ABŞ Senatının Kəşfiyyat Komitəsinin yekun hesabatıyla eyni vaxtda açıqlanıb. Hesabatda deyilir ki, Prezident Donald Trump-ın seçki qərargahının sədriylə Kremlə bağlı şəxslər arasında əlaqələr “ciddi əks-kəşfiyyat təhdidi” yaradıb.

Beşinci və yekun sayılan hesabata görə, Rusiya Prezidenti Vladimir Putin Demokratlar Partiyasına haker hücumuna, Hillary Clinton-a və onun seçki kampaniyasına zərbə vurmaq üçün informasiya sızdırılmasına göstəriş veribmiş.

XS
SM
MD
LG