Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini tanımadı


Arxiv foto
Arxiv foto

Avropa İttifaqı liderlərinin təcili toplantısında Belarusda keçirilən prezident seçkilərinin nəticələri tanınmayıb. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Charles Michel məlumat verib. O Minskini böhranı sakit şəkildə həll etməyə çağırıb.

Ursula von der Leyen, 23 iyul 2020
Ursula von der Leyen, 23 iyul 2020

Sammitdən sonra Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen seçkinin nəticələrini saxtalaşdıranlara və dinc sakinlərə qarşı zorakılıqlarda günahlandırılanlara qarşı AB-nin sanksiya tətbiq edəcəyini açıqlayıb.

Avropa Komissiyasının rəhbəri Belarus xalqına 53 milyon avro yardım ayrıldığını da qeyd edib.

Almaniya kansleri Angela Merkel Avropa İttifaqının seçkinin nəticələrindən narazı qalan dinc etirazçıları dəstəklədiyini deyib. Polşanın baş naziri Mateusz Morawiecki də öz növbəsində Belarusiyadakı vəziyyətə xarici müdaxilənin olmaması gərəkliyini vurğulayıb.

Amam o deyib ki, Aİ elə hərəkət etməlidir ki, Belarus iqtisadiyyatı Rusiyadan daha az asılı olsun.

Bundan əvvəl prezidentliyə namizəd Svetlana Tikhanovskaya Avropa Birliyi ölkələrinə Belarus seçkilərini tanımamağa çağırmışdı.

Belarusdakı siyasi böhran prezident seçkilərindən sonra müxalifətin rəsmi nəticələri qəbul etməməsindən sonra başlayıb. Beləki ölkənin Mərkəzi Seçki Komissiyası Aleksandr Lukashenkanı qalib elan edib. Avqustun 9-dan davam edən aksiyalarda Lukashenkadan istefaya getməsi tələb olunur. Ölkədəki əsas iri sənaye müəssisələrində də tətillər elan edilib.

XS
SM
MD
LG