Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:44

Belaruslu müəllim: 'Bizi bağışlayın'


Belarusda etiraz aksiyası, 17 avqust, 2020-ci il
Belarusda etiraz aksiyası, 17 avqust, 2020-ci il

Avqustun 9-da internetdə yayılmış videoda Minskdə 66 saylı orta məktəbin ikinci mərtəbəsindən məntəqə üzvləri nərdivanla düşür, nərdivanı isə polis əməkdaşı tutub

Hazırda Belarusda 9 avqust prezident seçkisinin nəticələrinə etirazlarla yanaşı, müəllimlərlə bağlı bir məyusluq da ifadə olunur. Səbəb… seçkinin nəticələrinin iddia olunan saxtalaşdırılmasında müəllimlərin roludur.

“Məktəbimin şərəfi uğrunda savaşdım və üzümə tüpürdü”, – məktəblərin birinin darvazasına bu sözlər yapışdırılıb.

Səsimizin qiyməti neçə idi?”

Minskdən 170 km cənub-şərqdə yerləşən Bobruyskda 17 saylı məktəbin qapısından isə atılmış diplomlar, şəhadətnamələr, təbrik məktubları asılıb.

“Sizin təşəkkürünüzə ehtiyacımız yoxdur, yaxşısı budur, səslərimizi qaytarın!” – əlyazısıyla bir qeyddə deyilir.

“Səsimizin qiyməti neçə idi?” – başqa bir qeyddə belə deyilir.

Avropa Birliyi Belarusdakı seçkinin nəticələrini tanımadı
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Bir çox şagirdlər və keçmiş şagirdlər müəllimlərini seçkinin iddia olunan saxtalaşdırılmasında əli olduğunu düşünürlər. Seçkidən sonra isə nəticələrə dinc etiraz edənlərə qanlı divan tutulub.

Rəsmi orqanlar Alyaksandr Lukashenka-nın səslərin 80 faizini yığdığını açıqlayandan sonra ölkəni etirazlar bürüyüb.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Michael Scollon bir çox müəllimlərin müdafiə mövqeyinə çəkildiyini yazır. Axı, bir çox postsovet ölkələrində olduğu kimi, Belarusda da seçki məntəqələrinin çoxu məktəblərdə yerləşir, müəllimlər və məktəb administratorları prosesə cəlb olunurlar. Yerli seçki komissiyalarının üzvləri olan müəllimlər nəticələri təsdiqləyib imzalayırlar. Elə bu səbəbdən də müəllimlər saxtalaşdırmaya görə ilk növbədə ittiham olunanlar sırasındadırlar .

Şagird və valideynlərin qəzəbi

Avqustun 9-da internetdə yayılmış videoda Minskdə 66 saylı orta məktəbin ikinci mərtəbəsindən məntəqə üzvləri nərdivanla düşür, nərdivanı isə polis əməkdaşı tutub.

Videodakı azı iki nəfərin boynunda seçki komissiyasının vəsiqəsi görünür.

Valideynlər sosial mediada yazırlar ki, sentyabrın 1-də, ilk dərs günü müəllimlərə ənənəvi olaraq gül aparmayacaqlar. Bəziləri daha tualet kağızı, sabun, digər məktəb ləvazimatı üçün pul verməyəcəyini yazıb. Şagirdlərdən də qəzəbli mesajlar yazanlar var.

Avqustun 14-də AzadlıqRadiosu-nun Amerikanın Səsi ilə birgə “Current Time” layihəsinə müsahibəsində tanınmış müəllim Hanna Sevyarynets deyib ki, bəzi valideynlər ilk dərs günü övladlarını məktəbə buraxmayacaqlar, bəziləri isə uşaqlarına evdə dərs verməyi planlaşdırırlar.

Sevyarynets hakimiyyətə suallar ünvanlayır, Təhsil Nazirliyinə saysız açıq məktubların göndərilməsini dəstəkləyir, onları daha yaxşı işləməyə çağırır. O, iyunda işini itirib, çünki Lukashanka-nın sevimli oğlu Kolya haqda istehzalı şeir yazıb.

Sevyarynets tanınmış müxalifətçi, iyunda əhalini icazəsiz yürüşə çağırandan sonra həbs olunmuş Paval Sevyarynets-in bacısıdır. Müəllimə hakimiyyəti seçkinin nəticələrini ləğv etməyə çağıran təhsil işçilərinin simasına çevrilib. O, avqustun 18-də müxalifət liderlərinin təsis etdiyi Koordinasiya Şurasına da salınıb.

Açıq məktub

Avqustun 12-də dərc olunmuş açıq məktubda hakimiyyətdən seçkinin nəticəsini ləğv etmək, “dinc etiraz hüququndan istifadə edərək küçələrə çıxan vətəndaşlarımıza qarşı zorakılığı dayandırmaq” tələb olunur.

Məktubu özəl və dövlət məktəblərindən yüzlərlə müəllim imzalayıb.

Sevyarynets “Current Time” şəbəkəsinə müsahibəsində heç də bütün müəllimlərin saxtalaşdırmaya qoşulmağa həvəsli olmadığını deyib. Onun sözlərinə görə, bəziləri “ağlayaraq protokolları imzalamayıblar”.

Belarusun “Uşaq” vebsaytına danışan bir müəllim isə deyib ki, “çoxumuzun sadəcə, seçimi yox idi”. “Hamımız qarmaqdayıq. Bəzilərimizin övladları, bəzilərimizin kreditləri, bəzilərinin yaşamağa yeri var”, – deyən müəllimə özünün “Sevyarynets olmadığını”, başqa bir iş tapa bilməyəcəyini də vurğulayıb.

Seçki komissiyalarında işləməkdən imtina etdiklərini deyən onlarla müəllimlər isə avqustun 14-də Minskdə küçələrə çıxaraq dəyişiklik istədiklərini deyiblər.

“Təzyiqin azalmasını, övladlarımızını sentyabrın 1-də dərsə getməsini, bizim onların gözünə qürur və vicdanla baxa biləcəyimiz günü gözləyirəm”, – bir müəllim radionun Belarus xidmətinə deyib.

“Bizi bağışlayın”, – müəllim sözlərinə əlavə edib.

XS
SM
MD
LG