Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:12

Minskdə 20-dən çox yerli və xarici jurnalist saxlanılıb


Minsk, arxiv foto
Minsk, arxiv foto

Minskdəki Azadlıq meydanında 20-dən çox jurnalist saxlanılıb, onların arasında "Nastoyasheyo Vremya" və AzadlqıRadiosunun müxbirləri də var.

TUT.BY xəbər verir ki, nəşrin jurnalisti Stanislav Sharshukov və fotoqraf Vadim Zamirovski, həmçinin "Nasha Niva" nəşrinin fotoqrafı Nadya Buzhan və TASS-ın fotoqraf jurnalisti Sergey Bobylev saxlanılıblar.

"Azadlıq" radiosunun Belarus xidməti "Belsat" telekanalından Yekaterina Andreeva və Maks Kalitovskinin, "Reuters" dən Vasili Fedasenko və Vladimir Kostinin, "Associated Press" dən Dmitri Lavetsky və digərlərinin saxlandığını xəbər verir.

Verilən məlumatlara görə, saxlanılan jurnalistlər paytaxt Minskdəki Oktyabr rayonun polis idarəsinə aparılıb.

Belarus Daxili İşlər Nazirliyinədən jurnalistlərin sənədlərinin yoxlanılması üçün polis idarəsinə aparıldığını təsdiqləyiblər.

"KİV-lərdə qeydiyyatda olan yerli jurnalistlər, o cümlədən Xarici İşlər nazirliyində akkreditasiya olan jurnaistlər buraxılacaqlar" deyə nazirlikdən bildiriblər.

Belarus təhlükəsizlik qüvvələrinin peşə vəzifələrini yerinə yetirən jurnalistlərə qarşı təzyiqlər birinci dəfə deyil. Avqustun 9-u prezident seçkiləri ərəfəsində Belarus Xarici İşlər Nazirliyi bir çox xarici jurnalistə vaxtında akkreditasiya vermədiyindən onlar seçki günü işləyə bilməyiblər. Belarus Jurnalistlər Birliyinin mətbuat katibi Boris Garetskinin sözlərinə görə, belə jurnalistlərin sayı 100-dən çox olub.

Seçkidən iki gün əvvəl, avqustun 7-də "İndiki Zaman" telekanalının çəkiliş qrupu Minskdən qovulub. Azad Avropa / Azadlıq Radiosu media korporasiyasının prezidentinin səlahiyyətlərini icra edən Daisy Sindelar, Belarus hakimiyyət orqanlarının hərəkətlərini pisləyərək, onları "azad mətbuat hüquqlarına və Belarus vətəndaşlarının senzurasız məlumat əldə etmə hüquqlarına hörmətsizlik nümunəsi" adlandırıb.

Avqustun 10-na keçən gecə, seçkilərinin ilk nəticələrinin elan olunmasından sonra keçirilən etiraz aksiyaları zamanı Rusiyalı jurnalistlər -Daily Storm dərgisinin əməkdaşları Anton Starkov və Dmitri Lasenko, AFP-nin fotoqrafı, bundan başqa . WarGonzo layihəsinin müəllifi olan hərbi müxbir Semyon Pegov döyülüb. Sonuncu yerli və xarici jurnalistlərin aparıldığı xüsusi təcridxanalarda saxlanılıb.

Hərbi müxbir Semon Pegov
Hərbi müxbir Semon Pegov

XS
SM
MD
LG