Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:22

Əhali sayından dörd dəfə artıq vaksin qamarlamağa çalışan ölkə


Tokio, arxiv fotosu
Tokio, arxiv fotosu

Yaponiya əhali sayından dörd dəfə artıq koronavirus vaksini əldə etməyə çalışır. Bu ölkə bu il təxirə salınmış yay Olimpiya oyunlarını gələn il keçirməyə ümid bəsləyir.

2021-ci ildə Yaponiyanın beş müxtəlif vaksinin 521 milyonluq dozasını əldə edəcəyi gözlənir. Ölkə əhalisinin sayı isə 126 milyon nəfərdir.

Artıq Pfizer Inc və AstraZeneca PLC kimi dərman şirkətləri, həmçinin Shionogi & Co kimi yerli şirkətlərlə sazişlər imzalanıb.

“Reuters” agentliyi Səhiyyə Nazirliyindən Yaponiyanın bu canfəşanlığının Olimpiya oyunları ilə əlaqəli olub-olmadığını öyrənə bilməyib.

Bu gün – avqustun 28-də Hindistanda rekord sayda – 77 min 2600 yoluxma qeydə alınıb və ümumi yoluxma sayı 3,39 milyona çatıb.

Avqustun 7-dən Hindistanda gündəlik rekord yoluxma təsdiqlənir. Bu ölkə dünyada Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerdədir.

Son bir sutkada koronavirusdan 1057 ölüm halı qeydı alınıb və ümumi say 61 min 529-a çatıb.

Britaniyada əhalini ofislərə qaytarmağa çalışırlar

Britaniyanın Baş naziri Boris Johnson gələn həftə ölkədə iş yerlərinin açılması üçün kampaniya başladacaq. Nazirlər xəbərdarlıq edirlər ki, evdən işləyənlər işdən çıxarılma təhlükəsi ilə üz-üzədirlər. Bu haqda “The Telegraph” qəzeti yazıb.

Kampaniya zamanı ofisdə işləməyin üstünlüklərinin, iş yerlərinin təhlükəsizliyinin vurğulanacağı gözlənir. Yeni onlayn alət isə qatar və avtobuslarda həddən artıq sıxlıq yaranmasının qarşısını almağa kömək edəcək.

Məlumatda deyilir ki, Maliyyə naziri Rishi Sunak əlavə iş yerlərinin itirilməsindən, həmçinin qatar və avtobusların boş işləməsinin səbəb olduğu maliyyə itkisindən narahatdır. Avqustun əvvəlində Britaniyanın şəhərlərində işçilərin yalnız 17 faizinin iş yerlərinə qayıtdığı bildirilir.

Bu gündən – avqustun 28-dən Fransanın paytaxtı Parisdə üz maskaları hər yerdə məcburi elan olunur.

Bu qayda Parisdə və ətrafında piyada və velosipedçilərin hamısına aiddir. Sürücülərin avtomobilin içində maska taxması tələb olunmur.

Fransada yoluxma səviyyəsini göstərən “R” göstəricisi 1,4-ə çatıb, yəni viruslu hər 10 nəfərin əlavə olaraq 14 nəfəri yoluxdurduğu bildirilir. R 1-dən yuxarı olanda yayılma artıq artım deməkdir.

XS
SM
MD
LG