Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:04

Lukashenka:'Rusiyadan hələ bir əsgər də sərhədi keçməyib'


Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Alyaksandr Lukashenka, Soçi 15 fevral 2019
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Alyaksandr Lukashenka, Soçi 15 fevral 2019

Aleksandr Lukashenka cümə günü Orşada yerli "Savushkin" müəssisəsinin işçiləri və dövlət mediasının jurnalistləri qarşısında çıxış edərək bir sıra məsələlərə toxunub.

O, Putinin Belarusa hərbi dəstək verə biləcəyi ilə bağlı məsələyə toxunub. Lukashenka Rusiya prezidenti Vladimir Putin onun xahişi ilə Belarus rəsmi orqanlarına kömək etmək üçün "güc ehtiyatı" yaratdığını deyib.

O, dərhal da əlavə edib ki, "Rusiyadan hələ bir əsgər də sərhədi keçməyib". "Biz hələ ki, özümüz öhdəsindən gəlirik" deyə o vurğulayıb. Lukashenkaya görə, "Rusiya prezidenti başa düşür ki, Belarusu müdafiə etməklə, o, ilk növbədə Rusiyanı müdafiə etmiş olur".

O, Belarusdakı mövcud vəziyyəti İkinci dünya müharibəsinin başlanması dövrü ilə müqayisə edib. "Mən ordumuzu tam döyüş hazırlığı vəziyyətinə gətirməli və Qrodno'nu mühasirəyə almalıydım ki, onlar bizim incimizə baxmasınlar" deyə o qeyd edib. Amma Lukashenka "onlar"ın kim olduğunu açıqlamayıb.

Bundan əlavə, Lukashenka müxalifətin hazırda qaldırdığı, 1918-1919-cu illərdə Belarusiya Xalq Respublikasının simvolu olan ağ-qırmızı-ağ bayraqdan da danışıb. O deyib ki, müxalifət bu bayrağı "Adolf Hitlerin portretinin yerinə qaldırır.

Ağ-qırmızı-ağ bayraq Belarusun müstəqilliyinin ilk dörd ilində ölkənin rəsmi simvolu olub, 1995-ci ildə Lukashenkanın keçirdiyi referendumla Sovet simvollarını xatırladan bayraq Belarusun hazırkı bayrağı kimi qəbul edilib.

Alyaksandr Lukashenka əlində silah, Minsk, 23 avqust 2020
Alyaksandr Lukashenka əlində silah, Minsk, 23 avqust 2020

Lukashenka Belarusa sanksiya tətbiq edən Litva və Polşaya da ayrı-ayrılıqda cavab verəcəyini deyib. O, hökumətə Litva limanlarından bütün ticarət axınlarını başqalarına yönəltməyi tapşırdığını bildirib. Lukaşenkonun sözlərinə görə, "Litva büdcəsinin 30% -i Belarus yüklərinin Litva üzərindən axını hesabına formalaşır." "Biz onları yerinə oturdacağıq" deyə o bildirib.

Belarusda vəziyyət avqustun 9-u Lukashenkonun 6-cı dəfə prezident seçkisində qalib elan edilməsindən sonra gərginləşib. Aksiyalarda yüzlərlə insan həbs edilib, onlara işgəncələr verilib, bir nəfər güllə yarasından həlak olub. Etirazlar hələ də davam edir.

XS
SM
MD
LG