Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:59

Bakıdan rayonlara gediş-gəliş qadağandı, amma...


Pandemiya məhdudiyyətləri səbəbindən hələ də paytaxt Bakıdan rayonlara gediş-gəlişə icazə verilmir. Amma iddialar var ki, hazırda Bakıya getmək o qədər də çətin deyil.

Bu iddiada olanlar deyirlər ki, şəhərlərarsı avtobuslar işləməsə də, Bakıya taksi sifariş etmək kifayyətdir. Ölkənin cənub rayonlarının birindən olan və adının çəkilməsini istəməyən həmsöhbətimiz deyir ki, taksilər karantin qaydalarına görə 3 nəfər götürür, sürücü hər bir sərnişindən əvvəlki dövrə nəsbətən 2 qat artıq pul alır.

“Puluna minnət”

Azərbaycan manatı
Azərbaycan manatı

“Puluna minnət. Karantin Bakıya gedişin qiymətini bir neçə dəfə artırıb. Əvvələr taksi adambaşına 10-15 manat alırdısa indi bu qiymətlər 2-3 dəfə artırılıb. Bakıya işləyən avtobuslar sərnişinləri adambaşına 6-7 manat aparırdı ki, bu da iş dalınca paytaxta getmək istəyənlərini işini az da olsa asanlaşdırıdı...”, deyə o vurğulayır.

Operativ Qərargahın qərarı ilə Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır. Qurumun məlumatında bildirilir ki, "yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”

“Səhər olduğuna görə, ciddi yoxlamırlar”

Adının çəkilməsini istəməyən daha bir sürücü isə deyir ki, adətən Bakıya gedənlər əsasən səhər saat 6-da yola çıxırlar:

“2 saatdan sonra buraxılış keçid mənətəqəsinə çatmaq olur. Səhər olduğuna görə, ciddi yoxlamırlar. Həm də geri qayıtmaq olur...”

Paytaxt Bakıda və ölkənin bəzi yerlərində iyunun 21-dən karantin sərtləşdirilib. Bakıdan rayonlara gediş-gəliş, hələ açılmayıb. Habelə, karantinin sərtləşdirildiyi bəzi bölgələrdən də gediş-gəlişə icazə verilmir. Amma rəsmi məhdudiyətlərə baxmayaraq, gediş-gəlişin olduğunu söyləyənlər heç də az deyil.

İki gün öncəki ( avqustun 28-də) müşahidələr...

Azərbaycanda magistiral yol, avqust 2020
Azərbaycanda magistiral yol, avqust 2020

İpək yolunda nəqliyyat vasitələri o qədər də gözə dəymir. Yollarda əsasən yük maşınları hərəkət edir. Əvvəllər yol kənarında kənd təsərrüfatı məhsulları satılırdı. İndi çox az yerlərdə belə halla rastlaşmaq olur. Bakı-Kürdəmir, Bakı –Astara yolunun kəsişdidiyi yerdə maşınların sayı artırdı. Bakı ilə Ələt arsında yaradılmış buraxılış keçid məntəqəsində maşınların böyük növbəsi yaranmışdı. Yolun hər iki istiqamətində adamlardan sənədlər tələb olunurdu. Bakı şəhərinə gedən yolda rayon nömrəli maşınları daha ciddi yoxlayırdılar. Sərnişinlər və sürücülər məntəqəyə yaxınlaşanda tibbi maska taxırdılar... Bakıdan da rayonlara taksilər işləməkdədir...

Cərimələr...

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına baxmayaraq Bakıdan rayonlara icazəsiz gediş-gəlişin olması ilə bağlı deyilənlərə, hələlik, Daxil İİşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Nazirliyin Mətbuat xidmətininbundan bundan əvvəl bildirmişdilər ki, postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılırlar. Qalan şəxslərin isə aşkarlanaraq cərimələndiyi qeyd edilir. Hələlik, bu cərimənin sitatistikası açıqlanmayıb. Prezidentin köməkçisi:

“Bu məsələlər ciddi araşdırılır”

Hikmət Hacıyev, arxiv foto
Hikmət Hacıyev, arxiv foto

Amma bir neçə gün öncə sosial şəbəkələrdə də Ələt postunda rüşvət olması ilə bağlı iddialar meydana gəlmişdi.

“Ələt postundan keçidlə bağlı polis orqanları ön cəbhədə olublar. Onlar hər hansı tətilsiz xidmətlərini həyata keçirirlər. Bu postda istisna xarakteri daşıyan pozulma varsa mediada bu barədə məlumat verilə bilər”.

Bu fikiri isə Operativ Qərargahın dünən, avqustun 29-da keçirilən brifinqində, prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bəzi sosial şəbəkələrdə belə məlumatları görüb:

“Amma bəzi insanlar tərəfindən sui-istifadəyə də yol verilib. Hamımız məsuliyyətli olmalıyıq. Neqativ hallar varsa, müvafiq qurumlar tərəfindən araşdırılacaq. Sizi inandırıram ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən bu məsələlər ciddi araşdırılır”.

Xatırlatma

Azərbaycanda karantin rejimi, arxiv foto
Azərbaycanda karantin rejimi, arxiv foto

Azərbaycanda karantin rejimi martin 24-dən elan edilib. Sonra aprelin 27-də rejim mərhələlərlə yumşaldılmağa başlanıb. Amma yoluxmada təkrar artım müşahidə edildiyindən, iyunun 21-dən Bakı və ölkənin bir sıra yerlərində karantin sərtləşdirilib.Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olublar. Avqustun 5-dən isə rejim yenidən bir qədər yumşaldılıb və SMS-lə icazə almaq qaydası ləğv edilib.Çimərliklər fəaliyyətə başlayıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 25 milyon 182 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 846 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 529 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG