Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:55

Amazon dron çatdırılmaları üçün rəsmi icazə alır


Amazonun mini-dronu
Amazonun mini-dronu

ABŞ-ın nəhəng onlayn ticarət şirkəti Amazon avqustun 31-də bildirib ki, ölkə ərazisində dron çatdırılmalarına başlamaq üçün aviasiya orqanından rəsmi icazə əldə edib.

Sietldə mənzillənən Amazonun bildirməsinə görə, icazə həftəsonu əldə olunub, şirkətin Federal Aviasiya Administrasiyasına (FAA) təqdim etdiyi təhlükəsizlik sənədlərinə əsaslanıb.

Bu sertifikat şirkəti “avtomatik dron xidməti hədəfinə yaxınlaşdıır, bir gün dünya üzrə müştərilərimizə çatdırılmaları həyata keçiriləcək”, – Amazonun “Prime Air” xidmətinin vitse-prezidenti David Carbon bəyanatında deyib.

Carbon bildirib ki, şirkətin hədəfi gələcəkdə 30 dəqiqə ərzində çatdırılma təklif edə bilməkdir.

Amazon bu rəsmi icazəni “vacib addım” adlandırıb, ancaq hələ dronları sınaqdan keçirdiyini, sınaq məqsədilə uçurduğunu vurğulayıb.

UPS çatdırılma şirkəti ötən il “dron xətti” işlətmək üçün rəsmi icazə alıb və tibb xidməti və digər sektorlarda hava əməliyyatlarını genişləndirməyi planlaşdırır.

Bir sıra şirkətlər, məsələn, Google-un ana şirkəti Alphabet də dron çatdırılmaları üzərində işləyir.

Amazon müştərilərə çatdırılmalarda dronlardan istifadəyə nə vaxt başlayacağını açıqlamayıb.

Amazon təsisçisi və baş icraçı direktoru Jeff Bezos 2013-cü ilin dekabrında deyirdi ki, beş il ərzində dronlar müştərilərin evlərinə uçacaq.

XS
SM
MD
LG