Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:43

‘Koronavirussuz’ Türkmənistanda xəstəxanalar doludur


Arxiv fotosu
Arxiv fotosu

Türkmənistanda xəstəxanalar kəskin COVID-19 simptomları olan xəstələrlə doludur. Orta Asiyanın bu ölkəsi rəsmən koronavirusa yoluxma halının baş vermədiyini deyir.

Paytaxt Aşqabadda tibb işçiləri sentyabrın 3-də bildiriblər ki, vəziyyət son üç həftədə daha da pisləşib və ölü sayı da artmaqdadır. Bu haqda sərt nəzarət altında olan ölkədən AzadAvropa/AzadlıqRadiosunun müxbirləri xəbər verirlər.

Tibb işçiləri öz arzularının əksinə olaraq karantin zonalarında iki həftə işləməyə məcbur edilir və qoruyucu şəxsi ləvazimatı da öz ciblərindən almalı olurlar.

Bəzi hallarda təcrübəli tibb bacılarının iki aydan da artıq müddət ərzində karantin zonalarından çıxması qadağan olunur.

Hökumətsə hələ də ölkədə koronavirusa yoluxma olmadığını söyləyir, baxmayaraq ki, bu iddiaya artıq inanan qalmayıb.

Bir çox adamlar evdə müalicə olunmağa üstünlük verirlər, COVID-19 simptomları olan xəstələrin qaldığı xəstəxanalarda yoluxmaqdan ehtiyatlanırlar.

COVID-19-a bənzər ağciyər xəstəliyindən dünyasını dəyişənlərin cəsədləri qohumlarına xüsusi plastik torbalarda təhvil verilir, ölkə boyunca təzə qəbirlərin sayı da artmaqdadır.

Dünya Səhiyyə Təşkilatı (DST) avqustun 7-də Türkmənistanda atipik pnevmoniya hallarının artmasından narahatlıq bildirib, Aşqabadı qururam bu ölkədə müstəqil koronavirus testləri aparmağa icazə verməyə çağırıb.

XS
SM
MD
LG