Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:57

Almaniya Rusiyaya sanksiyalardan danışır


Aleksey Navalnı
Aleksey Navalnı

Almaniyanın Xarici işlər naziri Berlinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çalışacağına eyham vurub. Əgər Moskva Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsini izah edə bilməsə bu sanksiyalara əl atıla bilər. Nazir Berlinin istintaqı yubatmasına dair Moskvanın iddialarını da rədd edib.

Heiko Maas sentyabrın 6-da dərc olunmuş müsahibəsində bu haqda danışıb. Rusiya zəhərləmədə əil olmadığını deyir və Moskvanı əməkdaşlıq etməməkdə suçlayır.

Maas deyir ki, Rusiyanın zəhərlənmənin arxasında olmasının “bir neçə əlaməti” var.

“Əgər bir neçə günə Rusiya baş verənlərin aydınlaşmasına kömək etməsə, biz müttəfiqlərimizlə birlikdə reaksiyanı müzakirə etməli olacağıq”, – Maas “Bild am Sonntag” nəşrinə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha sonra deyib ki, Rusiya zəhərlənmə üzrə təhqiqatla əməkdaşlıq edəcək. Ancaq o, “Rossiya-24” televiziyasına bildirib ki, “Berlin tərəfi operativ hərəkət nümayiş etdirmir”.

“Gözdən pərdə asmaq”

Maas bundan sonra “ARD” televiziyasına əlavə açıqlamasında Rusiyanın ittihamını “gözdən pərdə asmaq” adlandırıb, məsələylə bağlı Rusiyayla əməkdaşlığa razılıq verməməyə əsas olmadığını deyib.

“Bild am Sonntag”a müsahibəsində Maas onu da deyib ki, Almaniyanın Şimal axını-2 layihəsi üzrə siyasətində dəyişiklik ola bilər.

Kansler Angela Merkel bundan öncə Navalnı işinin “Şimal axını 2”layihəsi ilə əlaqələndirilməsini rədd edib. Qara dənizin dibindən çəkilən bu kəmər tamamlanmaq üzrədir, Rusiyadan qazı Almaniyaya aparacaq.

Birləşmiş Ştatlar və Qərb ölkələri planı təxirə salmaq üçün Merkelə təzyiq göstərirlər.

Maas qeyd edib ki, kəmərin çəkilməsinin dayandırılması Almaniya və Avropa şirkətlərinə ziyan vurar, ancaq daha məhdud sanksiyaları da istisna etməyib.

“Sanksiyalardan danışırıqsa onlar mümkün qədər hədəfli olmalıdırlar”, – o vurğulayıb.

Almaniya sentyabrın 2-də bildirib ki, toksikologiya testləri Navalnının Noviçokla zəhərlənməsinə “birmənalı dəlil” ortaya qoyub.

Noviçokun insana təsiri və fəsadları
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Sovetlərdə hazırlanan, hərbi dərəcəli bu qaz əvvəllər hərbi orqanların əlində olub, yalnız az sayda adamın ona çıxışı var, Maas deyib.

2018-ci ildə Britaniyada rusiyalı ikili agent Sergey Skripal və qızının zəhərlənməsində də Noviçokdan istifadə olunub.

Maas deyib ki, əgər Rusiya Navalnıya qarşı cinayətin çözülməsində iştirak etməsə, bu, ölkənin həmin işdən əli olduğunu göstərəcək.

Rusiyanın ittihamı

Rusiya hakimiyyəti Almaniyanın ittihamlarını rədd edib, amma iş üzrə cinayət işi açmaqdan da imtina edib, buna ciddi dəlil tapılmadığını bildirib.

Mariya Zaxarova isə “Facebook”da yazıb ki, Almaniya rəsmiləri Rusiya Baş Prokurorluğunun göndərdiyi informasiya sorğusuna cavab verməyib.

“Bəs sizin təkid etdiyiniz təcili hərəkət harada qaldı? Berlin özünün çağırdığı təhqiqat prosesini yubadır. Məqsədli şəkildə?”, – Zaxarova Maasa istinadla yazıb.

44 yaşlı Navalnı avqustun 20-də Sibirdən Moskvaya gedən təyyarədə özünü pis hiss edib. O, Omskda iki gün xəstəxanada qalandan sonra Almaniyaya köçürülüb.

Siyasətçi hazırda Berlində “Charite” xəstəxanasında süni nəfəs aparatına qoşulub, süni koma vəziyyətindədir.

Britaniyanın Xarici işlər naziri Dominik Raab da deyib ki, Rusiya öz ərazisində kimyəvi silahlardan istifadə olunmamasını təmin etməlidir.

“Hazırda aydın olan odur ki, Rusiya hökuməti bir sıra suallara cavab verməlidir”, – o, “Sky News” televiziyasına deyib.

NATO isə sentyabrın 4-də Rusiyanı zəhərlənmə ilə bağlı Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının apardığı “qərəzsiz və beynəlxalq” təhqiqatla “tam əməkdaşlığa” çağırıb.

XS
SM
MD
LG