Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

ABŞ İraqdakı qüvvələrinin ‘az qala’ yarısını çıxaracaq


ABŞ ordusu bu ayın sonunadək İraqdakı əsgərlərinin sayını yarıbayırı azaldacaq.

Bu barədə məlumatı sentaybrın 9-da Pentaqon verib.

ABŞ prezidenti Donald Trump özünün seçki kampaniyasında Amerika əsgərlərini “sonsuz müharibələrdən” çıxaracağını vəd etmişdi.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, dəniz piyadaları generalı Frank McKenzie deyib ki, İraqdakı Amerika əsgərlərinin sayı 5200-dən 3000-ə endiriləcək.

ABŞ qoşunları İraqa ilk dəfə 2003-cü ildə yeridilib. Obama administrasiyası İraqdakı qoşunların sayını azaldacağını bildirsə də, əksinə 2014-cü ildə İraqa minlərlə əsgərlik əlavə hərbi qüvvə göndərilmişdi.

Bu, ilk növbədə ekstremist İslam Dövləti (İD) təşkialtının yüksəlişi ilə bağlı idi.

McKenzie deyib ki, İraqda qalan qüvvələr yerli hökumətə İD-in qalıqları ilə mübarizədə dəstək verəcək.

Trump İraqdan qoşunların çıxarılacağına ötən həftə jurnalistlərin suallarına cavab verərkən işarə etmişdi.

O habelə Əfqanıstandakı ABŞ qüvvələrinin də ixtisar olunacağını demişdi.

ABŞ mediası bildirir ki, İslam Dövləti ekstremist qruplaşmasından gələn təhlükə, xüsusən də Suriyada qalmaqda davam edir.

ABŞ İraqdakı qüvvələrinin köməyi ilə həmçinin İranın bu bölgədəki təsirini neytrallaşdırmağa çalışır.

General McKenzie sentyabrın 9-da deyib ki, Vaşinqtonun son məqsədi İraq qüvvələrini “heç bir xarici dəstək olmadan” İŞİD-ə qarşı mübarizəyə hazırlamaqdır.

İraqda son aylarda siyasi gərginlik xüsusilə yüksək olub.

XS
SM
MD
LG