Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:14

Tramp TikTok üçün vaxtı uzatmayacaq


İllüstrativ foto
İllüstrativ foto

Prezident Donald Tramp deyir ki, Çinin populyar TikTok videopaylaşım tətbiqinin ABŞ-dakı biznesinin satışı üçün qoyduğu vaxtı uzatmayacaq. Vaxt sentyabrın 15-də bitir.

“Biz ya bu ölkədə TikTok-u təhlükəsizlik səbəblərindən bağlayırıq, ya da o satılacaq. Vaxt uzadılmayacaq”, – Tramp sentyabrın 10-da jurnalistlərə deyib.

Şirkət işlərini tamamlaya biləcəkmi

Administrasiya rəsmiləri TikTok-un Çindəki sahibi ByteDance Ltd. şirkətinin ABŞ-dakı əməliyyatları amerikalı alıcıya satması üçün vaxtı uzatmağı nəzərdən keçirirdi. Məsələdən agah şəxslərin “Bloomberg”ə deməsinə görə, belə bir qərar prezident Trampa təqdim olunmamışdı.

Ancaq görünür, ByteDance işləri sentyabrın 15-dək bitirə bilməyəcək. Çünki Çinin tətbiq etdiyi yeni qaydalar Microsoft Corp. və Oracle Corp. ilə danışıqları çətinləşdirib.

Birləşmiş Ştatlar bu tətbiqlə bağlı təhlükəsizlik və gizlilik məsələlərinin qorunması sarıdan narahatlığını bildirir. Rəsmilərin mövqeyincə, tətbiqin yığdığı istifadəçi datası Çin hökumətinə ötürülə bilər.

TikTok təmsilçiləri isə dəfələrlə bu iddiaları rədd edib, data mərkəzlərinin tamamilə Çindən kənarda yerləşdiyini bildirib.

Təhlilçilər TikTok-un ABŞ-dakı biznesinin dəyərinin azı 20 milyard dollar olduğunu deyirlər. Satışla bağlı danışıqlar Microsoft, Walmart Inc. və Oracle ilə aparılır.

ABŞ-ın Dövlət katibi Mike Pompeo avqustun əvvəlində deyirdi ki, Birləşmiş Ştatlar Çinin müəyyən tətbiqlərinin və kommunikasiya provayderlərinin qadağanına səy göstərəcək. Onun sözlərincə, Çinin “dövlət tərəfindən dəstəklənən” texnologiyaları ABŞ-ın milli təhlükəsizliyinə və ABŞ vətəndaşlarının şəxsi məlumatlarına hədə təşkil edir.

XS
SM
MD
LG