Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:54

ABŞ-da COVID-19-dan ölü sayı 200 mini keçir


Arxiv fotosu
Arxiv fotosu

Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünyada yeni yoluxmaların rekord həddə artdığını açıqlayıb

Sentyabrın 22-də Birləşmiş Ştatlarda yeni koronavirusdan ölü sayı 200 mini keçib. Meksika və Braziliya isə minlərlə yeni yoluxma halı açıqlayıblar.

Cəmi altı həftə sonra ABŞ-da prezident seçkisi keçirilməlidir. Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünyada yeni yoluxmaların rekord həddə artdığını açıqlayıb.

Mayın 27-dən bəri ABŞ-da koronavirusdan ölüm halları iki dəfə artıb. Dünya əhalisinin 5 faizinin yaşadığı bu ölkənin payına qlobal ölü sayının 20 faizi düşür. Dünyada bu xəstəlik 986 mindən çox xəstənin həyatına son qoyub.

“2 milyon yarım xəstə ölərdi”

Vaşinqtonda COVID-19 Memorial Layihəsinə 20 min ABŞ bayrağı sancılıb. Konqres üzvləri, ölkənin digər liderləri pandemiyadan ölənlərin anım tədbirinə qatılıblar.

“Bu həddə çatmağımız tamamilə anlaşılmazdır”, – koronavirus statistikasını hazırlayan Cons Hopkins Universitetindən ictimai səhiyyə üzrə tədqiqatçısı Cenifer Nuzzo deyib.

“200 min ölü sayı həqiqətən çox kədərlidir, həm də karıxdırıcıdır”, – ölkənin baş infeksionisti Antoni Fauçi CNN-ə deyib.

Hər gün koronavirusdan ortalama 800 min amerikalı vəfat edir. Aprelin ortasında bu rəqəm 2 min 800-ü keçirdi.

3 noyabr seçkisi öncəsi ölü sayı seçki kampaniyasının qaynar mövzusuna çevrilib.

ABŞ Prezidenti Donald Tramp deyib ki, ABŞ-ın 200 min ölü sayına çatması “utancverici” və “dəhşətli şey”dir. Amma bu rəqəmin daha böyük ola biləcəyini də vurğulayıb.

“Məncə, düzgün olanı etməsəydik, 2 milyon yarım xəstə ölərdi”, – Tramp deyib. O, pandemiyaya görə Çinin günahkar olduğunu bir daha vurğulayıb.

Prezidentin tənqidçiləri isə onun təhlükənin ciddiliyini vaxtında dərk etməməkdə, böhrana düzgün reaksiya verməməkdə ittiham edirlər.

Heç vaxt əvvəlki kimi olmayacaqlar...

Trampın demokratlardan rəqibi Co Bayden deyib ki, COVID-19-dan hər bir ölümün arxasında bir ailə və bir icma dayanır, onlar daha heç vaxt əvvəlki kimi olmayacaqlar.

“Pandemiya qurbanlarının sayı məhvedicidir və bunu unuda bilmərik”, – o vurğulayıb.

Braziliya koronavirusdan ölümlərə görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir, indiyədək 138 min nəfər vəfat edib. Sonrakı yerləri 89 minə yaxın ölümlə Hindistan və 75 min civarında ölü sayı ilə Meksika tutur.

Beş ölkə – Peru, Boliviya, Çili, İspaniya və Braziliya COVID-19-dan adambaşına ölümlərə görə yuxarı yerdədirlər.

Braziliya sentyabrın 22-də 33 mindən çox təsdiqlənmiş yoluxma və 836 ölüm açıqlayıb.

Avropada Britaniyanın Baş naziri Boris Conson virusun yayılmasını yavaşıtmaq üçün yeni qadağalar qoyub.

Səudiyyə Ərəbistanı isə oktyabrın 1-dən ümrə ziyarətlərinin tədricən bərpa olunacağını açıqlayıb.

Martda ümrə təxirə salınmış, daha sonra həcc ziyarətinin miqyası xeyli məhdudlaşdırılmışdı.

XS
SM
MD
LG