Fransanın Avropa İttifaqı naziri Kipri Belarusa qarşı sanksiyaları Türkiyə barədə tədbirlərlə bağlamamağa çağırıb.
ABŞ-ın Politico saytına müsahibəsində Clément Beaune deyib ki, onun məqsədi Kiprə Fransanın və Avropa İttifaqının Nikoziyanın yanında olduğunu nümayiş etdirməkdir.
Fransanın Avropa naziri Kipri Belarusa qarşı Avropa İttiifaqının sanksiyalarını Türkiyəyə görə bloklamamağa çağırıb.
Nazir bildirib ki, hazırda ən mühüm məsələ Alyaksandr Lukaşenkanın rejiminə qarşı sanksiyaların irəli sürülməsidir.
Avropa İttifaqı Belarusa qarşı sanksiyaları ittifaqın “ən balaca” üzvü Kiprin tutduğu mövqeyə görə qəbul edə bilmir.
Kipr israr edir ki, Belarusla Türkiyə üzərinə sanskiyalar eyni vaxtda tətbiq edilməlidir.
Lakin Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell deyib ki, burada söhbət bütünlükdə ittifaqın nüfuzundan gedir.
Əngəl yaradan elə Parisin dəstəyidir
Fransanın Avropa naziri bildirib ki, Paris Türkiyənin Aralıq dənizində “qanunsuz neft-qaz kəşfiyyatı” işləri aparmasına dair məsələdə tamamilə Kiprin tərəfindədir.
Bununla belə Fransa naziri Kiprin Belarus sanksiyaları məsələsini Türkiyəyə qarşı sanksiyalara bağlamasının qəti əleyhinə olduğunu deyib.
Avropa İttifaqı xarici siyasət məsələlərində qərarları 27 üzv ölkənin hamısının razılığı əsasında qəbul edir.
Kipr məhz bu qaydadan istidafadə edərək Belarus sanksiyalarlını əngəlləyib.
Beaune deyib ki, Kiprin israrla tutduğu mövqeyi başa düşür, çünki Nikoziya Avropa İttifaqının Türkiyəyə qarşı sanskyalar qoymaq əzmində olduğuna inanmır.
Fransa naziri deyib ki, Kipr Belarus sanksiyalarlı üzərindən bloku dərhal qaldırmalıdır.
Lakin bir sıra Avropa İttifaqı ölkələri Kiprin tutduğu sərt mövqeyə görə Parisi ittiham ediblər.
Onlar iddia edirlər ki, Paris Nikoziyanı bu qədər cidd-cəhdlə dəstəkləməsə idi, Kiprin mövqeyi daha yumşaq ola bilərdi.