Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:01

Senatorlar Navalnıya görə Putinin gəlirləri ilə maraqlanırlar


Kollaj: Vladimir Putin (solda) və Aleksey Navalnı
Kollaj: Vladimir Putin (solda) və Aleksey Navalnı

ABŞ-ın hər iki əsas siyasi partiyasından olan senatorlar Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı rəsmilərə qarşı sanksiyalar qoyulmasını nəzərdə tutan qanunvericiliktəşəbbüsü ilə çıxış ediblər.

Qanunvericilik aktı Ağ Evdən Rusiya prezidenti Vladimir Putin və onun ailəsinin maliyyə vəziyyəti və aktivləri barədə hesabat hazırlanmasını tələb edir.

Navalnının zəhərlənməsi ABŞ-ın kimyəvi və bioloji silahlara nəzarət qanunlarının çərçivəsində təhqiq edilməli idi.

Bu qanun Vaşinqtondan onu pozan ölkələr və onların rəsmilərinə qarşı sanksiyalar qoyulmasını tələb edir.

Qanunvericiliyə görə zəhərlənmə ilə əlaqəsi olan məmurların ABŞ-a daxil olmasına qadağan qoyulmalı, onların xarici banklardakı hesabları dondurulmalıdır.

Sanksiyaların hansı rəsmilərə tətbiq ediləcəyi qanun layihəsində göstərilməyib.

Moskva inad göstərir

Aleksey Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss etmişdi.

Təyyarə təcili qaydada Omsk şəhərində endirilmişdi. Daha sonra qohumları Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.

Sentyabrın 2-də Almaniya hökumətinin rəsmi nümayəndəsi bəyan etmişdi ki, Navalnının qanında Rusiyada sovet vaxtlarında istehsal olunmuş Noviçok kimyəvi zəhərinin izləri tapılıb.

Bunun ardınca Almaniya kansleri Angela Merkel baş verənlərə görə Rusiyadan rəsmi izahat tələb etmişdi.

Sentyabrın 14-də Fransa və İsveçdəki daha iki müstəqil laboratoriya müxalifətçinin Noviçok maddəsi ilə zəhərləndiyini təsdiqləyib.

ABŞ və Avropa İttifaqı Moskvanı Navalnıya qarşı “sui-qəsdi” araşdırmağa çağırıblar.

Moskva Navalnının zəhərlənməsi ilə bağlı cinayət işi açmaqdan imtina edir.

XS
SM
MD
LG