Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:13

Azərbaycanda 108, Rusiya, Gürcüstan və Ermənistanda daha çox yoluxma


Çində laboratoriya, arxiv foto
Çində laboratoriya, arxiv foto

Azərbaycanda 108 yeni yoluxma, 2 ölüm

Arxiv foto
Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı sentyabrın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 39895 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7965, hazırkı dövrədək isə ümumilikdə 1095543 test aparılıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Onların dəqiq sayı son vaxtlar açıqlanmayıb.

Rusiyada sutka ərzində 7 mindən çox yoluxma

Moskva, 14 sentyabr 2020
Moskva, 14 sentyabr 2020

Sutka ərzində Rusiyada 7523 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bu barədə Federal qərargah məlumat yayıb. Məlumata görə, artıq ikinci gündür ki, ölkədə virusa yoluxma halı artaqda davam edir. Sonuncu dəfə belə bir statistika iyunun 25-də qeydə alınıb. Epidemiya başlayandan bəru Rusiyada COVİD-19-a yoluxanların sayı 1 milyon 144 minə çatıb. Bütün dövr ərzində 940 min 150 nəfər sağalıb. Ümumilikdə sutka ərzində 169 nəfər ölüb. Şənbə günü ən çox yoluxma halı Moskvada qeydə alınıb-1792 yeni yoluxma.

Gürcüstanda 296 yoluxma

Gürcüstan, arxiv foto
Gürcüstan, arxiv foto

Koronavirusa yoluxma sayı Gürcüstanda da artmaqda davam edir. Gürcüstanın yaydığı rəsmi məlumata görə, sutka ərzində 296 yeni yoluxma qeydə alınıb ki, bu da fevraldan bəri rekord rəqəm hesab olunur. Bu barədə Gürcüstan hökümətinin rəsmi StopGov saytı məlumat yayıb. Statistik məlumatlara görə, ən çox yayılma Acarıstanda, daha sonra isə ölkənin paytaxtı Tbilisidə qeydə alınıb. Ölkə üzrə xəstəxanalarda 19 ağır xəstənin olduğu bildirilir. Gürcüstanda COVİD-19-a ilk yoluxma ilk məlumat fevralın 26-da yayılıb. Bu günə qədər yoluxanların sayı 4960-a çatıb. Pandemiya başlayandan bu günə qədər 28 nəfər ölüb.

Ermənistanda 426...

Yerevanda xəstəxana, arxiv foto
Yerevanda xəstəxana, arxiv foto

Ermənistanın açıqladığı məlumata görə, sutka ərzində 426 COVİD-19-a yoluxma aşkarlanıb, 175 nəfər sağalıb, 1 nəfər ölüb. Pandemiya dövründə ölkə üzrə ölənlərin ümumi sayı 948 nəfərə çatıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 32 milyon 800 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 994 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb

XS
SM
MD
LG