Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:15

Avropa Rusiya kəşfiyyatının rəhbərinə sanksiya qoya bilər


Aleksandr Bortnikov
Aleksandr Bortnikov

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Avropa İttifaqının Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı yaxın günlərdə sanksiya siyahısına salacağı Rusiya vətəndaşları arasında Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və prezident administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko da ola bilər.

Bu barədə New York Times qəzeti öz mənbələrinə istinadən yazıb.

Həmin mənbələrə istinadən oktyabrın 14-də bu da xəbər verilib ki, sanksiya siyahısına Rusiyanın 6 vətəndaşı salına bilər.

The New York Times yazır ki, siyahıya Bortnikov və Kiriyenkodan başqa, prezident administrasiyası siyasi idarəsinin başçısı Andrey Yarin, müdafiə nazirinin iki müavini – Aleksey KrivoruçkoPavel Popov, habelə prezidentin Sibir federal dairəsindəki nümayəndəsi Sergey Menyaylonın da daxil ediləcəyi gözlənilir.

Noviçok çaya qatılıb?

Bundan başqa Rusiya Üzvi Kimya və Texnologiya elmi-təhqiqat institutuna qarşı da sanksiyaların irəli sürülücəyi nəzərdə tutulur. SSRİ vaxtlarında Noviçok adlı hərbi təyinatlı zəhəri məhz bu müəssisə hazırlayıb.

Aleksey Navalnının qaninda bu maddənin qalıqları tapılıb.

Sanksiya siyahısına salınanların adları oktyabrın 15-də elan edilməlidir.

Avropa İttifaqı Navalnının zəhərlənməsi ilə bağlı sanksiyaların qoyulması barədə oktyabrın 11-də qərar qəbul edib.

The New York Times qəzetinin mənbələri iddia edirlər ki, Avropa İttifaqı nümayəndələrinin fikrincə sözü gedən şəxslər Navalnının zəhərlənməsi barədə məlumata malik idilər və bunda birbaşa iştirakçıları olublar.

Məlumatda qeyd olunur ki, alman mütəxəssislərin fikrincə Noviçok maddəsi Navalnının Tomskdan uçuşundan əvvəl onun içdiyi çaya qatıla bilərdi.

Adının çəkilməsini istəməyən Almaniya kəşfiyyatçısı

The New York Times bu xəbəri Almaniya kəşfiyyatının adının çəkilməsini istəməyən nümayəndəsinə istinadən yazıb.

Bortnikovun adı artıq Rusiyanın Krımı qanunsuz ilhaq etməsi və Donbasda Ukrayna separatçılarına dəstək verməsi ilə bağlı sanksiya siyahısındadır.

Avropa İttifaqının liderləri Rusiyanı Navalnının zəhərlənməsi məsələsini ciddi araşdırmağa çağırmışdılar.

Navalnının özü bu qənaətdədir ki, onun zəhərlənməsinin arxasında Rusiyanın xüsusi xidmətləri durur, onlar isə bunu prezident Putinin xəbəri olmadan etməzdilər.

Rusiya hakimiyyət orqanları Navalnının zəhərlənməsini ümumiyyətlə inkar edir.

Navalnı hazırda Almaniyadadır.

XS
SM
MD
LG