Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 07:38

Liviyada atəşkəs imzalandı, Erdoğan şübhə edir


Liviya münaqişəsində qarşı duran tərəflər az qala bir onillik davam edən qan tökülməsinin qarşısını almaq məqsədilə atəşkəs sazişi imzalayıblar.

Bu razılaşma BMT-nin vasitəçiliyi ilə Liviyanın beynəlxalq birlik tərəfindən tanınan hökuməti ilə general Xəlifə Haftarın Liviya Milli Ordusu arasında Ceneverədə keçirilən danışılarda qəbul olunub.

Noyabrın əvvəllərində Tunisdə Liviyanın iki rəqib hökuməti arasında ölkənin vahid idarə olunmasına və ümummilli seçkinin keçirilməsinə dair danışıqlar aparılacaq.

BMT-nin baş katib Antonio Guterres atəşkəs razılaşmasını ölkədə “sülh və stabilliyə doğru fundamental addım” adlandırıb.

Böyük oyunçuların maraqları

Müşahidəçilər bildirirlər ki, Liviyada hər hansı uzunmüddətli sülhün bərqərar edilməsi çoxsaylı hərbi birləşmələr arasında razılaşmanın əldə olunmasını tələb edəcək.

Liviyada 2011-ci ildə polkovnik Müəmmər Qəzzafinin devrilməsindən sonra zorakılıqlar davam edir.

BMT tərəfindən tanınmış Milli Barışıq Hökuməti (MBH) paytaxt Tripoli və ətraf bölgələrə nəzarət edir.

Benqazi şəhəri də daxil ölkənin şərq hissəsi Haftara sadiq qüvvələrin nəzrətindədir.

Bu qarşıdurmada Türkiyə MBH-ni, Birləşmiş Ərəb Əmirlikləri və Rusiuya isə Haftarı dəstəkləyir.

BMT-nin Liviya üzrə elçisi Stephanie Williams deyib ki, Liviyanın iki nümayəndə heyəti “tam, ümumölkə və daimi atəşkəs razılaşması imzalayıblar və bu saziş dərhal qüvvəyə minir”.

O deyib ki, bu razılaşmaya əsasən “cəbhə xəttindəki bütün döyüş birlikləri və silahlı qruplar düşərgələrinə qayıdacaqlar”.

Səfir habelə qeyd edib ki, Liviya ərazisindəki bütün xarici muzdluların ölkədən çıxarılması nəzərdə tutulur.

Avropa İttifaqı və Qərbi Avropa ölkələri Liviya razılaşmasını alqışlayıblar.

Erdoğan: “Zaman göstərər”

ABŞ-ın Liviyadakı səfirliyi bildirib ki, “bu razılaşma bütün liviyalıların deeskalasiya, stabillik və xarici döyüşçülərin ölkədən çıxarılmasına dair ümumi maraqlarına uyğundur”.

Səfirlik habelə Liviyadakı daxili və xarici ouyunçuları atəşkəs razılaşmasının icrasına dəstək verməyə çağırıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Cenevrə razılaşmasının etibarlığını sual altına alıb və deyib ki, “bu saziş yüksək səviyyədə yox, aşağı səviyyədə imzalanıb və onun nə dərəcədə davamlı olacağını zaman göstərəcək”.

Rusiyanın Liviya üzrə işlər müvəkkili Cəmşid Boltayev deyib ki, “Moskva bu sazişin davamlı sülhə və bütün liviyalıların birləşməsi üçün hərtərəfli siyasi razılaşmaya aparacağına ümid edir”.

Ötən həftə Avropa İttifaqı və Britaniya rusiyalı oliqarx Yevgeni Priqojinə sanksiyalar qoyub.

Liviyada döyüşən rusiyalı muzdlular onun Vagner özəl hərbi şirkətinin döyüşçüləridir.

XS
SM
MD
LG