Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Fransada kilsədə azı iki nəfər öldürülüb


Nitsadakı Notr Dam kilsəsi
Nitsadakı Notr Dam kilsəsi

Polisdəki mənbə qurbanlardan birinin, qadının başının kəsildiyini bildirib

Fransanın Nitsa şəhərində kilsədə azı iki nəfər bıçaqlanaraq öldürülüb. Terrorçuluq maddəsi ilə cinayət işi açılıb. Hadisə bu gün baş verib.

Polisdəki mənbə qurbanlardan birinin, qadının başının kəsildiyini bildirib.

Sağ qanad siyasətçi Marin Le Pen də hücum zamanı başkəsmənin olmasından danışıb.

Şəhərin meri Kristian Estrosi Twitter-də yazıb ki, hadisə şəhərdəki Notr Dam kilsəsinin içində, yaxud yaxınlığında baş verib, polis hücum edən şəxsi saxlayıb və o, hazırda xəstəxanadadır.

Estrosinin jurnalistlərə deməsinə görə, şübhəli saxlanandan sonra belə “Allahu Əkbər” (Allah böyükdür) qışqırıb. Fransa Prezidenti Emmanuel Makronun hazırda Nitsaya yola düşdüyü xəbər verilir.

Polis hücum zamanı bir neçə nəfərin yaralandığını bildirir.

Bu ayın əvvəlində Samuel Pati adlı müəllimin çeçen mənşəli şəxs tərəfindən başının kəsilməsi ölkəni sarsıdıb. Həmin müəllim ifadə azadlığı dərsində şagirdlərə Məhəmməd peyğəmbərin karikaturalarını göstəribmiş.

“#SamuelPati hadisəsindən 13 gün keçir, ölkə daha sülh qanunlarının islamçı-faşizmi məhv etməsilə qane ola bilməz”, – Estrosi yazıb.

Fransanın antiterror orqanı bıçaq hücumunu araşdırdığını bildirib.

Hücumun motivi, onun karikatura məsələsini bağlı olub-olmadığı bəlli deyil.

XS
SM
MD
LG