Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 15:49

Vyanada 'terror hücumu'nda azı 3 nəfər öldürülüb


Vyana
Vyana

Kansler Sebastyan Kruz noyabrın 2-də Vyananın mərkəzində törədilmiş “mənfur terror hücumu”nu pisləyib

Vyananın mərkəzindəki hücumda azı 3 nəfərin öldürüldüyü bildirilir. Daxili İşlər naziri Karl Nehammer noyabrın 3-də jurnalistlərə deyib ki, iki kişi və bir qadın aldıqları xəsarətlərdən vəfat ediblər.

Polis əməkdaşı da yaralanıb

Şübhəli silahlının üstündə avtomat silah və saxta intiharçı jileti olduğu bildirilir, polis tərəfindən güllələnərək öldürüldüyü qeyd edilir. Media daha bir qadının vəfat etdiyini xəbər verir.

Hücum edənlərin dəqiq sayı bəlli olmasa da Nehammerin sözlərinə görə, rəsmilər onların azı bir nəfər olduğuna inandığını deyir. Nazir deyir ki, axtarışlara min təhlükəsizlik əməkdaşı cəlb olunub, qonşu ölkələr yardım təklif edib.

O, ilkin istintaqa əsasən öldürülən şübhəlinin İslam Dövlət qruplaşması tərəfdarı olduğunu vurğulayıb.

Hücum zamanı 28 yaşlı polis əməkdaşı da yaralanıb, ancaq yarasının təhlükəli olmadığı xəbər verilir.

Yeddi yaralının vəziyyəti ağırdır

Avstriyanın “APA” xəbər agentliyi hücumun 17 qurbanının xəstəxanada müalicə aldığını qeyd edir, onlardan yeddisinin vəziyyəti ağırdır.

Kansler Kurz hücum edənlərin “avtomat silahlarla çox yaxşı silahlandığını”, “peşəkar hazırlaşdıqlarını” vurğulayıb.

“Polisimiz bu amansız terror hücumunun təşkilatçılarına qarşı qətiyyətlə hərəkətə keçəcək”, – o, tivitində yazıb.

İsrail təcrübəsi: "Dəmir Günbəz" və Azərbaycanı raketdən müdafiə etməyin yolu haqda
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Avstriyanın “Falter” nəşrinin redaktorunun bildirməsinə görə, öldürülən silahlının 20 yaşı olub, Vyanada doğulub və böyüyüb, yerli kəşfiyyat onu tanıyırmış, çünki Suriyaya getmək istəyən 90 avstriyalı islamçıdan biri imiş.

İnsidenti bir sıra liderlər – Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin, AB Şurasının rəhbəri Şarlz Mişel, ABŞ Prezidenti Donald Tramp və Demokratlardan prezidentliyə namizəd Co Bayden pisləyiblər.

Onlar terrorçularla mübarizədə Avstriyaya dəstək bildiriblər.

***

Avstriyanın paytaxtında şübhəli terror hücumunda azı nəfər öldürülüb, xeyli yaralı var.

Kansler Sebastyan Kruz noyabrın 2-də Vyananın mərkəzində törədilmiş “mənfur terror hücumu”nu pisləyib.

Polis axşam saatlarında şəhərin altı fərqli məkanında hücumlar həyata keçirmiş şübhəlini axtarır.

Yerli media azı 2 nəfərin öldürüldüyünü, 15 nəfərin yaralandığını xəbər verir.

Polis bir şübhəlinin güllələnərək öldürüldüyünü bildirir.

Daxili İşlər naziri Karl Nehammer deyib ki, xüsusi təyinatlılar azı bir “möhkəm silahlanmış və təhlükəli” şübhəlinin axtarışına cəlb olunub.

Polis əhalini ərazidəki ictimai məkanlara getməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb.

Şübhəlilər, yaxud hücumun mümkün motivi haqda informasiya yoxdur.

Vyanadakı yəhudi icmasının başçısı Oskar Döyç deyib ki, atışmalardan biri şəhərin əsas sinaqoqunun yerləşdiyi küçədə baş verib.

O, sinaqoqun hədəfə alınıb-alınmadığının bəlli olmadığını deyib. “Kurier” qəzetinə bildirməsinə görə, yəhudi icması arasında qurban yoxdur.

XS
SM
MD
LG