Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:25

COVID-19 vaksini Milada qədər hazır ola bilərmi


Arxiv fotosu
Arxiv fotosu

Oksfordda əsas tədqiqatçı Endru Pollard deyir ki, “bu ilin sonunadək” son mərhələ sınaqları nəticələrinin təqdim olunacağına “nikbin” yanaşır

Oksford Universitetindən potensial COVID-19 vaksininin sınaqları üzrə aparıcı rəsmi Milada qədər vaksinin hazır olacağına “kiçik şans” olduğunu deyir.

Oksfordda əsas tədqiqatçı Endru Pollard deyir ki, “bu ilin sonunadək” son mərhələ sınaqları nəticələrinin təqdim olunacağına “nikbin” yanaşır.

O, vaksin sınaqlarının “yekunlaşmaqda olduğunu, ancaq hələ istənilən nəticənin əldə olunmadığını” etiraf edib.

Oksford Vaksin Qrupunun direktoru Pollardın sözlərinə görə, tərəfdaşları AstraZeneca ilə birlikdə vaksinlərin 50 faizdən artıq effektiv olacağına ümid edirlər.


Vaksinin Miladadək hazır olacağına gəlincə, Pollard deyib: “Bunun mümkün olacağına kiçik şans var, amma sadəcə bilmirəm”.

O, dünyada bir çox peyvənd sınaqlarının aparıldığını, ilin sonunadək bəzilərinin müsbət xəbər verə biləcəyini sözlərinə əlavə edib.

Bir neçə həftəyə...

Britaniyanın vaksin üzrə işçi qrupunun rəhbəri Keyt Binqhem daha sonra söyləyib ki, son mərhələ sınaqları “bir neçə həftəyə” başlana bilər.

Dünyada 47 milyondan çox insanın yeni koronavirusa yoluxduğu təsdiqlənib, onlardan 1.2 milyondan artıq xəstə vəfat edib.


Artıq onlarla potensial vaksin sınaq mərhələlərində irəliləyib.

Rusiya iki ay qabaq Sputnik V vaksininin artıq vətəndaşlar üzərində istifadəyə buraxıldığını açıqlayıb. Ancaq tibb ekspertləri və tədqiqatçılar bu testlərin nə dərəcədə hərtərəfli aparılmasına şübhəylə yanaşıblar.

Moskvanın meri ötən ay deyirdi ki, “dekabr-yanvarda” kütləvi vaksinasiya başlanacaq.

AB-nin tənzimləyici orqanı olan Avropa Dərman Agentliyi (EMA) oktyabrın 1-də bəyan etdi ki, AstraZeneca və Oksford Universitetinin potensial COVID-19 vaksini üzrə məlumatları nəzərdən keçirməyə başlayıb.

Bu xəbər sözügedən dərmanın Avropada təsdiqlənəcək ilk COVID-19 vaksini olması şanslarını artırıb.

XS
SM
MD
LG