Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:44

ABŞ-da səslərin sayılması və gözlənti gərginliyi davam edir


Səslərin sayılması davam edir
Səslərin sayılması davam edir

ABŞ prezident seçkisində səslərin sayılması davam edir və hələlik kimin – indiki prezident Donald Trump-ın və ya demokrat namizəd Joe Biden-in qalib gələcəyi məlum deyil.

Amerikanın şərq sahilində seçki məntəqələri bağlanandan 24 saat sonra bir neçə ştatda iki namizəd arasında səs sayının yaxın olduğu bildirilir.

Bu il ABŞ seçkisində milyonlarla vətəndaş poçtla səs verib və onların səsləri hələ də sayılmaqdadır.

Hələlik iki namizəddən heç biri qələbə üçün lazım olan 270 seçki kollegiyası səsini qazana bilməyib.

Namizədlər arasında ölkənin altı ştatında mübarizə davam edir. Biden Arizona, Miçiqan, Nevada və Viskonsin ştatlarında azacıq üstünlüyə malikdir. Trump Corciya, Şimali Karolina və Pensilvaniyada irəlidədir.

Əgər Biden bu dörd ştatda qələbəyə nail olsa, onda prezident olmaq üçün lazım olan seçki kollegiyası səslərini toplamış olacaq.

Son nəticələr hələ tezliklə bilinməyəcək

Bununla belə seçki rəsmiləri son nəticələrin hələ bir neçə gün məlum olmayacağını deyirlər.

Bundan əvvəl Trump vaxtından əvvəl qələbəsini elan etmiş və bildirmişdi ki, səslərin sayılmasını dayandıraraq Ali Məhkəməyə müraciət edə bilər.

Biden isə inandığını bildirmişdi ki, o qələbəyə gedən yoldadır. O amerikalıları bütün səslər sayılanadək səbrli olmağa çağırmışdı.

Viskonsin ştatında artıq səslərin 98.2 faizi sayılıb və Biden 49.6 – 48.9 faiz hesabı ilə irəlidədir.

Əgər bu ştatda fərq bir faizdən az olarsa namizədlərin hər ikisi səslərin yenidən sayılmasını tələb edə bilər.

100 milyon səs

Bu arada həm də iki namizəd arasında Twitter çəkişməsi davam edir.

Bu il ABŞ-da 100 milyon səs erkən və ya poçt vasitəsilə verilib.

Pensilvaniya və Miçiqan da daxil bir çox ştatlar səslərin sayılmasına seçki gününədək başlamayıblar və bu, son nəticənin bəyan olunmasını daha da gecikdirə bilər.

Biden respublikaçıları səslərin sayılmasının gecikdirilməsinə görə sərt tənqid edib.

AzadlıqRadiosu yazır ki, Biden-in Arizona, Miçiqan və Viskonsindəki qələbəsi, onun Nebraskada gözlənilən uğuru ilə birlikdə 77 yaşlı namizədi Ağ Evə gətirə bilər.

Trump-ın Florida və Ohayo ştatlarında qalib gələcəyi gözlənilir. Bu ştatların əhalisi böyükdür və onlarda daha çox seçki kollegiyası səsi qazanmaq olar.

XS
SM
MD
LG