Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:00

Bayden Trampdan öndədir, səssayma davam edir


Corciya ştatı, 4 noyabr, 2020-ci il
Corciya ştatı, 4 noyabr, 2020-ci il

Miçiqandan 16, Viskonsindən 10 seçki kollegiyası səsi alan Bayden 253 səslə Prezident Donald Trampdan önə çıxıb

ABŞ-da Demokrat partiyasının namizədi Co Bayden prezident seçkisində önə çıxsa da, bir sıra əsas ştatlarda bülletenlərin sayılması davam edir.

Miçiqandan 16, Viskonsindən 10 seçki kollegiyası səsi alan Bayden 253 səslə Prezident Donald Trampdan önə çıxıb. Trampın 214 seçki kollegiyası səsi var. Səssaymanın davam etdiyi Arizona və Nevada ştatlarında qələbə çalmaqla Bayden gərəkən 270 səsi yığa bilər.

Tramp Viskonsində bəzi dairələrdə bülletenlərin yenidən sayılmasını tələb edəcəyini deyib. Ancaq seçki ekspertlərinin fikrincə, təkrar səssaymada belə aradakı fərqi aradan qaldırmaq çətin ola bilər.

Fərq 1 faizdən az olarsa...

Bayden Viskonsində Trampı 49.6 – 48.9 faiz fərqilə məğlub edib. Fərq 1 faizdən az olanda namizəd səslərin yenidən sayılmasını tələb edə bilər.

Miçiqanda nəticələr elan olunandan sonra Bayden deyib ki, seçkidə qalibiyyət gözləyir. “Səssayma bütün gecəni davam edəndən sonra prezidentliyi udmaq üçün gərəkən 270 seçki kollegiyası səsinə çatacağımız aydındır”, – Bayden vurğulayıb.

“Burada qalib gəldiyimizi elan etmirəm, deyirəm ki, səssayma bitəndən sonra qalib olacağımıza inanırıq”, – 77 yaşlı keçmiş vitse-prezident söyləyib.

Corciya və Pensilvaniya ştatlarında da noyabrın 4-də gecə saatlarında səssayma davam edib. Tramp həmin iki ştatda öndə gedir.

Bu arada Trampın seçki qərargahı Miçiqan, Pensilvaniya və Corciya ştatlarında məhkəmə iddiaları qaldıracaq bəzi ştatlarda səssaymanın dayandırılmasını, müşahidəçilərin işinə daha yaxşı şərait yaradılmasını tələb edib.

Ancaq hansısa nöqsan, seçki məmurlarının səssayma zamanı pozuntuya yol verməsinə dəlil təqdim olunmayıb.

ABŞ -da seçkinin nəticəsi Qarabağda duruma necə təsir edə bilər?
Gözlə

No media source currently available

0:00 0:17:05 0:00

Milyonlarla bülleten hələ sayılmayıb

Seçki rəsmiləri milyonlarla bülletenin hələ sayılmadığını deyirlər.

Sosial media platformalarında yayılan bəzi iddialar isə dərhal yanıldıcı kimi işarələnib, onların bütövlük siyasətinə zərbə vurduğu qeyd edilib.

Baydeninin vəkilləri prezidentə qarşı çıxmağa hazır olduqlarını deyib, onun sözlərini “biabırçılıq, misilsiz və qeyri-korrekt” adlandırıblar.

“Biabırçılıqdır, çünki bu, Amerika vətəndaşlarının demokratik hüquqlarını almağa yönəlik açıq cəhddir”, – bəyanatda deyilir.

3 noyabr seçkisində rekord sayda seçici səsverməyə qatılıb. Daha öncə 100 milyonadək seçici poçtla, yaxud erkən səs vermişdi.

Pensilvaniya və Miçiqan daxil olmaqla bir çox ştatlarda bülletenlərin sayılmasına seçki günündən tez başlamağa icazə verilmir. Bu səbəbdən poçtla göndərilən bülletenlərin sayılması prosesi yubadır.

XS
SM
MD
LG