Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:15

Baydeni hələ təbrik etməyənlər də var


Co Bayden
Co Bayden

Noyabrın 7-də qələbə çıxışında Bayden deyib ki, pandemiya ilə mübarizə onun üçün prioritetdir və işçi qrupunun üzvlərini elan edəcək

Noyabrın 9-da ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden koronavirus pandemiyası ilə mübarizə üzrə müşavirlərdən ibarət işçi qrupunu elan edəcək.

Noyabrın 7-də qələbə çıxışında Bayden deyib ki, pandemiya ilə mübarizə onun üçün prioritetdir və işçi qrupunun üzvlərini elan edəcək.

“İş elə indidən başlanır”, – Baydenin seçki kampaniyasının menecer müavini Keyt Bedinqfild noyabrın 8-də bildirib.

Seçki kampaniyası dövründə Bayden Prezident Donald Trampın koronavirusla mübarizəsini tənqid edirdi. Noyabrın 8-də ölkədə yoluxma halları 10 milyona yaxınlaşıb.

Böyük fərmanlar imzalanacaq

Baydenin keçid vebsaytında COVID-19-dan başqa prioritetlər sırasında iqtisadi dirçəliş, irqi bərabərlilik, iqlim dəyişikliyi məsələləri də yer alıb.

Ölkədə yeni prezidentin andiçmə mərasimi yanvarın 10-da keçiriləcək. Bayden artıq andiçmədən dərhal sonra imzalayacağı bəzi böyük fərmanların anonsunu verib. Bu sənədlərə konqresin təsdiqi tələb olunmayacaq. Bu sırada Paris sazişinə yenidən qoşulmaq, Trampın müsəlman ölkələrini hədəfə almış səyahət qadağasının ləğvi də gözlənir.

Tramp isə indiyədək dəlil göstərmədən səsvermədə saxtakarlıq olduğunu iddia edir, hüquqi addımlarla hədələyir. Bir çox seçki rəsmilərinin sözlərinə görə, hətta bəzi yerlərdə təkrar səssayma belə nəticəyə təsir göstərməyəcək.

Tramp noyabrın 8-də bir sıra tvitlərində “”bunun oğurlanmış seçki olduğunu” iddia edib.

O, noyabrın 8-də Vaşinqton yaxınlığında qolf oynamaqla vaxt keçirib. Hüquqşünaslarının bildirməsinə görə, noyabrın 9-da bir sıra məhkəmə iddiaları qaldıracağı gözlənir.

Respublikaçılardan yeganə sağ keçmiş prezident Corc Buş nəticənin “aydın” olduğunu deyib, Bayden və vitse-prezident seçilmiş Kamala Harrisə zəng edərək təbriklərini çatdırdığını bildirib.

Putin hələ təbrik etməyib

Artıq İsrail və Səudiyyə Ərəbistanı liderləri də Co Baydeni qələbə münasibətilə təbrik ediblər.

Baydenin seçilməsi İsrailin Baş naziri Bencamin Netanyahu üçün yaxşı xəbər olmasa da, o, noyabrın 8-də Twitter-də Bayden və Kamala Harrisi təbrik edib.

ABŞ-da Bayden tərəfdarları artıq qələbəni bayram edirlər
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Netanyahu Prezident Donald Trampın müttəfiqidir, onu Ağ evdə İsrailin indiyədək ən güclü tərəfdarı adlandırırdı. O, həmçinin tvitlərində Trampa İsrailin maraqlarına xidmət edən addımları, “İrana qarşı mövqeyi”nə görə təşəkkür edib.

Səudiyyə Ərəbistanı Körfəz ölkələri içində Baydeni təbrik edən sonuncu ölkədir. Bayden krallıqla münasibətlərə yenidən baxacağını bildirib.

Çin də Baydenin seçilməsinə ləng reaksiya verib. Çinin dövlət mediasında noyabrın 9-da dərc olunmuş manşet yazılarında bildirilir ki, münasibətlər daha böyük reallıqlar əsasında bərpa oluna, işə ticarətlə başlana bilər.

Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla Çin arasında xüsusilə ticarət, texnoloji təhlükəsizlik, Çindən başlandığı bildirilən koronovirusla bağlı gərginlik qızışıb.

Rusiya Prezidenti Vladimir Putin hələlik Baydeni təbrik etməyib. Baydenin Trampla müqayisədə insan haqları və xarici siyasətdə Kremlə qarşı daha sərt mövqe tutacağı gözlənir.

Ukrayna Prezidenti Volodimir Zelenski, Britaniya, Fransa, Almaniya, İtaliya, digər Avropa ölkələrinin, eləcə də Avstraliya, Kanada, İndoneziya, Yaponiya və Cənubi Koreyanın liderləri Baydeni təbrik edib.

XS
SM
MD
LG