Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:30

Paşinyan əsgərlərlə bağlı yazdığını izah elədi


Nikol Paşinyan
Nikol Paşinyan

“Uşaqlar, siz haqlısız. Sizi Yerevanda gözləyirəm. Divar dibində ulayanların işini birdəfəlik bitirmək lazımdır. Sizinlə fəxr edirəm”, – Paşinyan yazıb

Paşinyandan müxalifətə müraciət

“Bu gün aydın şəkildə dedim ki, zorakılıq, eləcə də zorakılığı (o ki qaldı silahlı olsun) qızışdırmaq heç vaxt hökumətin alətləri sırasında yer ala bilməz”, – Baş nazir Nikol Paşinyan Facebook-da yazıb.

“Tərəfimizdən edilmiş istənilən bəyanata, jestə, yaxud dəvətə bu kontekstdə baxmamağa çağırıram, üzr istəyirəm, tələb edirəm. Dediklərimizin hansısa birisi sizdə belə təəssürat yaratsa, bu, düzgün olmayan təəssüratdır”, – Paşinyan deyib.

Baş nazir gözləyir ki, “müxalifət də gələcək fəaliyyətində hər hansı zorakı hərəkəti, zorakılığa təhriki istisna etməsini aydın şəkildə bəyan etsin”.

“Bununla biz son günlər ərzində yığılmış gərginliyi nəhayət yumşalda bilərik”, – Paşinyan deyib.

"Onların çoxu mənimlə görüş istəyib"

Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, əsgərləri Yerevanda şəxsi görüş üçün gözlədiyini yazıb. Onların söyləyəcəkləri bu günlər Ermənistan cəmiyyətində söhbəti gedən “xəyanət” barədə şübhələri dağıda bilər.

“İndi hökuməti hansısa qaranlıq sxemlərdə iştirakda suçlayırlar. Ön cəbhədə dayanan hərbçi Qarabağdakı vəziyyəti hamıdan yaxşı bilir. Onların çoxu mənimlə görüş istəyib və onların buna görə qayıtmasını gözləyirəm”, – Baş nazir bildirib.

Paşinyan onu da qeyd edib ki, əsgərlər cəbhədən silahla qayıtmırlar, ona görə də onun guya vətəndaşları silahlı qarşıdurmaya çağırmasına dair iddialara tamamilə əsassızdır.

“Sadəcə, indi insanların əsəbləri tarıma çəkilib, onlarla manipulyasiya etmək asandır”, – hökumət başçısı vurğulayıb.

Hakimiyyətin mümkün dəyişməsinə dair suala cavabında Paşinyan qeyd edib ki, mövcud hakimiyyət institutlarının effektiv və legitim mandata sahib olduğunu düşünür. İstefasının gündəmdə olub-olmamasına gəlincə, Paşinyan deyib ki, hazırda əsas məsələ sabitliyin saxlanmasıdır.

Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanat elan olunandan sonra Ermənistanda müxalifət partiyaları Paşinyan və hökumətini istefaya çağırırlar.

Bu gün (16 noyabr) axşam müxalifətin Yerevanın mərkəzində növbəti mitinqi planlaşdırılır.

***

“Bu gün ön cəbhədəki əsgərlərin onlarla videosuna baxdım. Uşaqların fərasəti məni heyran edib”, – Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində gecəyarı belə yazıb.

“Uşaqlar, siz haqlısız. Sizi Yerevanda gözləyirəm. Divar dibində ulayanların işini birdəfəlik bitirmək lazımdır. Sizinlə fəxr edirəm”, – Paşinyan yazıb.

Kəlbəcərin təhvil verilməsi noyabrın 25-ə qaldı
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Paşinyan deyir ki, əsgərlərlə bağlı dediklərinin niyyəti vətəndaş qarşıdurması yaratmaq deyil. O, noyabrın 16-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, hədələyici heç nə nəzərdə tutmayıb.

Hakim fraksiyadan çıxanlar var

AzadlıqRadiosunun Ermənistan xidmətinin məlumatına görə, bu qeydlər müxalifətin tənqidinə səbəb olub, onlar bunu vətəndaş qarşıdurmasına çağırış hesab edirlər.

Ombudsman Arman Tatoyan bu çağırışı “həddən artıq təhlükəli” hesab edib, hamını təmkinli olmağa səsləyib.

Paşinyan daha sonra Facebook-da yazıb ki, bu gün yerli vaxtla 10:30-da mətbuat konfransı keçirəcək, jurnalistlərin 12 sualına cavab verəcək.

Hakim “Mənim addımım” fraksiyasından üç deputat ya deputatından imtina edib, ya da fraksiyadan çıxıb.

Ermənistan azı 2 min 300 əsgərinin öldürüldüyünü deyir

Ermənistanın Səhiyyə Nazirliyinin noyabrın 14-də yaydığı məlumata görə, son döyüşlərdə azı 2 min 300 erməni əsgər həlak olub. Nazirliyin sözçüsü Alina Nikoğosyan deyib ki, meyitləri Azərbaycanın nəzarətində qalan ərazilərdə qalan əsgərlər bu siyahıya daxil deyil və onların ümumi sayı bəlli deyil.

Azərbaycan tərəf sentyabrın 27-dən başlanmış və noyabrın 9-da başa çatdığı elan edilən əməliyyatlarda ölən hərbçi sayını açıqlamayıb.

Azərbaycan əməliyyat nəticəsində Şuşa və dörd şəhəri, 280 civarında kəndi, dörd qəsəbəni azad etdiyini açıqlayıb. Noyabrın 10-da elan olunmuş üçtərəfli atəşkəs bəyanatına görə, noyabrın 15-dək Kəlbəcər rayonu boşaldılmayıladı. Amma həmin gün Azərbaycan tərəf “humanitar əsaslarla” Ermənistana noyabrın 25-dək vaxt verdiyini bəyan edib. Noyabrın 20-də Ağdam, dekabrın 1-dək isə Laçın rayonunun boşaldılması da sənəddə nəzərdə tutulub.

XS
SM
MD
LG