Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:17

Qarabağ münaqişəsində Fransasayağı çözümün dəyərləndirilməsi...


Azərbaycanın Ağdam şəhəri, işğaldan sonra, 19 noyabr 2020
Azərbaycanın Ağdam şəhəri, işğaldan sonra, 19 noyabr 2020

Qarabağ münaqişəsi ilə bağlı döyüşlərin getdiyi bu 44 gün ( sentyabrın 27-dən noyabrın 10-na kimi) ərzində Fransanın 3 yaşayış məntəqəsi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb. Noyabrın 18-də Fransa Senatı tanınma zərurəti haqqında qanun layihəsi hazırlayıb və elə həmin gün Paris meriyası bu barədə çağırış edib. Senat sabah, noyabrın 25-də bu qətnaməyə baxmalıdır.

Bu günlər ərzində Fransa prezidenti Emmanuel Makronun da bir çox açıqlamaları Azərbaycanda kəskin tənqidlərlə qarşılanıb.

“Beynəlxalq hüquqa əsasən,...”

Fransa prezidenti Emanuel Makron, Ümumerməni fondunda,22 noyabr 2020
Fransa prezidenti Emanuel Makron, Ümumerməni fondunda,22 noyabr 2020

Amma noyabrın 22-də Fransa prezidentinin yerli erməni icması ilə görüşündə Dağlıq Qarabağı Azərbaycanın ərazisisi kimi xarakterizə etdiyi qeyd olunur. E. Makron Instagram-da həmin görüşündən video yerləşdirib.

“Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur. Buna görə suveren dövlətin istəyi olmadan onun işlərinə müdaxilə etmək yolverilməzdir”, deyə o bildirib.

Videokonfrans formatında keçirilən görüşdə E.Makron eyni zamanda, həmsöhbətlərinə noyabrın 9-da bağlanmış atəşkəs razılaşması fonunda Fransanın prioritetlərini də xatırladıb.

Şəhərlərin dağıdılması Ermənistanı hansı problemlərlə üz-üzə qoya bilər?
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

İndi Azərbaycanda bəzi ekspertlər hesab edir ki, Fransa prezidentinin bu açıqlamasına Senatın müzakirəsinə çıxarılacaq məlum qətnamənin konteksindən baxmaq daha düzgün olardı.

Arif Hacılı, 19 noyabr 2019
Arif Hacılı, 19 noyabr 2019

Yeri gəlmişkən, Azərbaycanın müxalif Müsavat Partiyası Fransa Senatında Qarabağ bölgəsinin müstəqil dövlət kimi tanınması məsələsinin müzakirə olunması ilə bağlı etiraz bəyanatı yayıb. Partiyanın başqanı A.Hacılı isə mövzu ilə bağlı açıqlamasında deyib ki, görünür E. Makrona Fransanın Azərbaycan ərazilərinə münasibətdə beynəlxalq hüququn əsas prinsiplərinə qarşı çıxmasının yolverilməz olduğu izah edilib:

“E.Makron Vətən müharibəsinin ( 44 günlük savaş) nəticələrini də nəzərə alıb.”

Ermənistanda azərbaycanlıların 30 ildir ziyarət edə bilmədikləri qəbirlər
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

“Nəticə çıxarmağa tələsmək lazm deyil”

Bununla belə, A.Hacılı hesab edir ki, nəticə çıxarmağa tələsmək lazm deyil:

“E. Makronun səmimiyyətindən əmin olmaq üçün gözləmək daha doğru olar. Hələlik, isə o, ölkəsinin milli vəzifələrinə uyğun bəyanat verib. Makron Fransanın Azərbaycan, Türkiyə, müsəlman ölkələri ilə münasibətlərinin pisləşməsini istəmir. Digər tərəfdən, Fransa elitasının Makronun obyektiv bəyanatında maraqlı olması istisna deyil”

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Məlahət Həsənova da bu mövzuda Azadlıq Radiosuna bunları deyib:

“Emmanuel Makron erməni mənşəli seçiciləri qane etmək istəyi ilə onlar kimi görünməyə çalışırdı (“Roma Papasından daha çox katolik” analogiyası ilə), müstəsna olaraq yalnız onların xeyrinə çıxış edirdi. Fransa prezidenti ölkənin Azərbaycanla münasibətlərinin məhv edilməsi prosesini həyata keçirirdi...”

“İş o yerə çatıb ki,...”

Məlahət Həsənova, axiv foto
Məlahət Həsənova, axiv foto

Deputatın vurğulamasına görə, iş o yerə çatıb ki, prezident İlham Əliyev fransızlara Fransa torpaqlarında erməni muxtariyyəti yaratmağı təklif edib:

“Noyabrın 9-da Azərbaycan ordusu regionda geosiyasi vəziyyəti əsaslı şəkildə dəyişdirib. N. Paşinyan sülh haqqında kapitulyasiya bəyanatı imzalamaq məcburiyyətində qalıb. Həmin vaxtdan etibarən noyabrın 22-nə qədər Makron düşünür və ya məsləhətçilərini dinləyirdi, ona komandası daxilindən təzyiq göstərilirdi. Nəticədə, noyabrın 22-də o, tamamilə fərqli bəyanat verib”

- Bundan sonra Fransanın qanunvericilik orqanlarındakı iki qanun layihəsi necə olacaq?

Məlum olduğu kimi, noyabrın 18-də Fransa Senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnamə layihəsini səsverməyə çıxarmaq qərarı qəbul edib. Layihəni Senatın beş ən böyük siyasi fraksiyasının rəhbərləri imzalayıb. Oktyabrın 14-də Fransa Parlamentinin aşağı palatasına da analoji qanun layihəsi çıxarılmışdı.

“Düşünmürəm ki,...”

Fransanın Konstitusiya Məhkəməsi, arxiv foto
Fransanın Konstitusiya Məhkəməsi, arxiv foto

"Fransa istənilən qərarı qəbul etmək iqtidarında olan böyük, suveren Avropa ölkəsidir. Bu, dünyada erməni diasporasının ən böyük olduğu üç ölkədən biridir. Dövlət başçısı seçicilərinin tələblərini nəzərə alır. Amma Fransa üçün onun milli maraqları hər şeydən üstündür. Düşünmürəm ki, ölkə prezidentinin belə bir bəyanatından sonra bu qanun layihələri qanun statusu alsın. Xatırladım ki, 2017-ci ildə Fransanın Konstitusiya Məhkəməsi “erməni soyqırımının” inkar edilməsinin kriminallaşdırılması haqqında qanunu ləğv edib.”

Onun fikrincə, Fransa Türkiyə prezidenti Erdoğanın xəbərdarlığını nəzərə alıb. O hesab edir ki, Azərbaycan əleyhinə iki qanun layihəsində də belə olacaq.

“E.Makron Azərbayan prezidenti İ.Əliyevin prisipial mövqeyini bilir”

Azərbaycanın prezidenti İlham Əliyev, 20 noyabr 2020
Azərbaycanın prezidenti İlham Əliyev, 20 noyabr 2020

“E.Makron Azərbayan prezidenti İ.Əliyevin prisipial mövqeyini bilir və ölkəsini ATƏT-in Minsk Qrupunun həmsədrləri siyahısında saxlamağa üstünlük verib. O, müharibənin nəticələrini, Azərbaycan ordusunun, vətəndaş cəmiyyətinin, hakimiyyətinin və xalqının birliyi nəticəsində bölgədə yaranmış yeni reallıqları nəzərə alıb. Azərbaycanın Şuşadakı qələbəsi artıq türklərin Çanaqqaladakı qələbəsi ilə müqayisə olunacaq. Orada fransızlar və britaniyalılar Birinci Dünya Müharibəsinin boğazlara yiyələnmək uğrunda gedən ən böyük döyüşlərindən birini türklərə uduzmuşdular” deyə M.Həsənova qeyd edib.

Azərbaycanlılar Xankəndinə qayıdacaqmı? 'Orda bizim bayraq olmalıdı'
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

“Fransa deputatlarına da izah etmək lazımdır”

Asim Mollazadə, 2012
Asim Mollazadə, 2012

Milli Məclisin başqa bir deputatı Asim Mollazadə isə mövzu ilə bağlı bunları deyib:

“BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanın ərazi bütövlüyünün lehinə səs vermiş ölkənin qanunvericiləri tərəfindən beynəlxalq hüququn pozulmasının yolverilməz olduğunu Fransa deputatlarına da izah etmək lazımdır.”

A. Mollazadə hesab edir ki, Fransa 9 noyabr tarixli üçtərəfli atəşkəs sazişinin təsiri dairəsində hərəkət etməyə məcbur olacaq:

“ Onun Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupu çərçivəsində fəallaşması, eləcə də prezident E. Makronun sonuncu bəyanatı buna dəlalət edir”, deyə o bildirib.

Bu deyilənlərə, hələlik, Faransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayb.

Xatırlatma

Ermənistan hərbçiləri işğal etdikləri Azərbaycanın Ağdam şəhərini uzun illər sonra tərk edirlər. 19 noyabr 2020
Ermənistan hərbçiləri işğal etdikləri Azərbaycanın Ağdam şəhərini uzun illər sonra tərk edirlər. 19 noyabr 2020

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Artıq noyabrın 20-də Ağdam rayonuna razılaşmaya uygun olaraq Azərbaycan ordusu daxil olub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.Münaqişənin tənzimlənməsi üçün vasitəçilik edən ATƏT-in Minsk Qrupuna 3 ölkə-Fransa, Rusiya və ABŞ həmsədrlik edir.

XS
SM
MD
LG